Fon yüklənir...
Загрузка...

Kimyəvi təmizlik vasitələri təhlükə saçır

Загрузка...

Kimyəvi təmizlik vasitələri təhlükə saçır

 

Demək olar ki, təmizlik etməyən qadın yoxdur. Hər gün, günaşırı bütün qadınlar təmizləyici vasitələrdən istifadə edir. Bəs görəsən, bu kimyəvi məhsulların sağlamlığa nə kimi zərərləri var?

Təmizliklə gələn təhlükə. Yuyucu tozlar, məhlullar və digər vasitələr. Hamısı kimyəvi tərkiblidir. Təmizlik üçün qaçılmaz olsa da düzgün istifadə olunmaması ağır fəsadlara səbəb ola bilər. Kimi mətbəx və hamam otaqlarının təmizliyində kimisi isə geyim və digər əşyaların təmizlənməsi zamanı kimyəvi tərkibli vasitələrlə təmasda olur.

Araşdırmalar göstərib ki, qadınları 40 faizi hər gün, 30 faizi həftədə ən az 2 dəfə, qalanları isə heç olmasa bir dəfə bu cür kimyəvi tərkibli vasitələrdən istifadə edir. Bu kimyəvi maddələr mikrobları təmizləsə də, bir sıra dəri xəstəliklərinə hətta dəri xərçənginə, nəfəslə sorulduğu zaman ağciyər xəstəliklərinə, allergiya və iltihablı yaralara səbəb ola bilər.

Kimyəvi yuyucu vasitələrin yaydığı xoşagələn qoxuya da aldanmaq olmaz. Onun tərkibi kimyəvi buxarlardır ki hər nə qədər təravətli hissi versə də əslində kimyəvi qarışıqların kəskin qoxusunu zərərsizləşdirməyə xidmət edir. Həkimlər isə bu maddələrin zərərini minimuma endirmək üçün həm keyfiyyətinə diqqət etməyi, həm də birbaşa təmasdan qaçmağı məsləhət görürlər.
Загрузка...

ŞƏRHLƏR

Ahu 05

6 Mart 2015 12:17

xebere gore tesekkurler.....
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...