Qaraciyərin təbii dərmanı: ənginar
Bu həyati vacib orqanın profilaktikası və müalicəsi üçün isə ənginar (artişok) ən yaxşı təbii dərman və vasitədir. Bu bitki zəngin vitamin və mikroelementlərlə bütövlükdə orqanizm üçün bir çox faydalı xüsusiyyətlərə malikdir.
Xalq təbabətində ənginarın qurudulmuş yarpaqlarından, çiçəklərindən, kökündən, toxumlarından və şirəsindən istifadə olunur.
Ənginar qaraciyər hüceyrələrini bərpa edir, onları toksinlərdən qoruyur, zərərli maddələrdən təmizləyir və maddələr mübadiləsini tənzimləyir.
Ənginarın tərkibində olan sinarin aterosklerozun inkişafına mane olur. Bu bitkidən iki həftə istifadə etdikdən sonra xolesterenin səviyyəsi kəskin şəkildə aşağı düşür, insanın səhhətində nəzərəçarpacaq dərəcədə müsbət dəyişikliklər müşahidə olunur. Həmçinin sinarin orqanizmə ödqovucu və sidikqovucu təsir göstərir.
Bütün bunlarla yanaşı ənginarın tərkibində olan sinarin ən güclü təbii antioksidantldır ki, o, C vitamini ilə birlikdə sərbəst radikalların fəaliyyətini neytrallaşdırır, vaxtından əvvəl yaşlanmanın qarşısını alır, ürək-damar xəstəliklərinin və xərçəng hüceyrələrinin yaranmasına mane olur.
Ənginar yüksək qan təzyiqi olanlar üçün təbii dərmandır. Bu birkidən müntəzəm istifadə etməklə qan təzyiqini normada saxlamaq mümkündür.
Qanda şəkərin miqdarını tənzimləyən ənginar diabet xəstələri üçün də olduqca faydalıdır.
Avitaminoz zamanı ənginar şirəsindən istifadə etməklə orqanizmin vitamin tələbatını ödəmək olar.