Fon yüklənir...
Загрузка...

Diqqət! Bu qidalar yorğunluq və halsızlıq yaradır / SİYAHI

Загрузка...

Hər gün səhərdən axşama kimi işləyən insanlar, xüsusən gənclər tez yorulur. Onlar bunun səbəbini işin çoxluğunda görürlər. Halbuki, yedikləri qida onları gün ərzində ağırlaşdırır, bütün gücünü alır və heç bir enerji vermir.


İnsanı tez yoran, toxluqdan çox halsızlıq verən qidaların siyahısını təqdim edirik.


1. Bublik, peçenye

Orta ölçüdə bir bublikdə 50 qrama yaxın rafinə edilmiş karbohidrat var. O, tez müddətdə şəkərə çevrilir, qanda insulini artırır. Bu isə bir çox xroniki xəstəliklərə, ürək problemlərinə, hətta onkologiyaya səbəb olur.


2. Kofein və qəhvə tərkibli içkilər

Kafelərdə, yolüstü barlarda, avtomatlarda, marketlərdə satılan belə içkilər təbii qəhvədən çox uzaqdır. Onlarda çox miqdarda rənglər, şirin sirop və əlavələr vardır ki, bunlar enerjini söndürür. Məşhur 3-ü birində birdəfəlik paket qəhvələr isə quru süd və şəkərdən hazırlanır. Bu içkilər çox qısa müddət 10-15 dəqiqə enerji verir, daha sonra insanı halsızlaşdırır


3. Hazır sıyıqlar

GMO toxumdan, buğdadan hazırlanmış hazır paket sıyıqlar, xüsusən quru meyvəli olanlar früktoza, şəkər və qarğıdalı siropu ilə dadlandırılıb. Ona görə nə uşağa, nə özünüzə hazır sıyıqlar alıb hazırlamayın. Qutularda olan sıyıqlar normadan artıq karbohidrat mənbəyidir, bu da gündəlik həyatda zərərlidir.


4. Qazlı içkilər

Onlarda da çoxlu rəng, dadlandırıcı, şəkər vardır. Hətta dietik qazlı içkidə belə kimyəvi element olan aspartam var. Onu içdikcə orqanizmə 92 fərqli əks-təsir verir. Məsələn: diabet, epilepsiya, emosional pozuntu, şişlər və.s.


5. Mağaza yoqurtu

Fermentləşmiş yoqurt əslində orqanizm üçün dərmandır. Amma mağaza yoqurtlarında isə heç bir canlı ferment yoxdur, ölü bir qidadır. Siz onu yeməklə doymur, işlədikcə enerji itirirsiniz.


6. Sendviç, burqer, hot-doq

Bol çörək, un məmulatı, içində bir azca ət qəbul edəndə orqanizmə çox miqdarda rafinə olunmuş karbohidrat düşür. Kolbasa, file, mal əti isə sənaye cəhətdən işlənmiş və antibiotiklə bəslənmiş ətdən hazırlanır. Onda çox miqdar süni maddələr, nitrit və natrium vardır. Bu isə bədəni ağırlaşdırır, duz mayeni tutub saxlayır, toxumalarda maye yığılır, insan halsız olur.


7. Kekslər

Hətta yağsız kekslər belə enerjini alır. Bir ədəd keks bir qab qayğanağa bərabərdir. Keksi yeyən kimi qanda qəfil insulin sıçrayışı baş verir, 1 saat sonra əksinə proses, güc və enerjinin enişi başlayır.


8. Çipslər

Zərərli yağ və rafinə olunmuş karbohidratdan ibarət duzlu çipslər oturaq işdə çalışan insanlar üçün ölümə bərabərdir. O qida deyil.

Eləcə də bu siyahıya şirin içkilər, mağaza meyvə şirələri, hazır smuzilər, konservləşdirilmiş qidalar aiddir.

Yaxşı olar ki, işləyən insanlar xüsusilə bu qidalardan uzaq olsunlar.

Загрузка...
loading...
Загрузка...