Fon yüklənir...
Загрузка...

Tac-Mahal

Загрузка...
Tac-Mahal

Hindistan çox əsrlər bundan əvvəl sivilizyasiyanın ilk yarandığı ölkələrdən biridir. Burda indi də insanların min illər ərzində tikdiyi heykəllər, abidələr qorunub saxlanılır. Lakin bunlardan ən məşhuru Aqra şəhərində yerləşən Tac-Mahal mavzoleyidir.

Çox illər bundan əvvəl dahi Maqolların hakimiyyəti dövründə Aqra şəhəri təkcə imperiyanın paytaxtı deyil, həmçinin təhsil və mədəniyyyətin də mərkəzi sayılırdı. Müasir dövrdə isə Aqra dünyanın hər yerindən bura axışan turistlərin ziyarət məkanına çevrilib. Şəhərdə maraqlı tikililər az deyil, lakin insanları bura cəlb edən məhz bu abidədir. Tac Mahal- Hindistanın Aqra şəhərində, Yamuna gölünün sahilində yerləşən məscid-mavzoleyidir. Məşhur memar Ustad İsa və digər memarlar tərəfindən tiklən bu mavzoley maqolların imperatoru Şah Cahan tərəfindən, doğuş zamanı ölən arvadı Mumtaz Mahalın xatirəsinə ucalmışdır. İllər sonra vəfat edən Şah Cahan da burada dəfn olunmuşdir. Tikilinin tarixi 1630-1652-ci illərə aid qey edilir.

Tac-Mahal

Həyat yoldaşı 14-cü uşağını dünyaya gətirərkən doğuş zamanı ölən və heç nədə təsəlli tapa bilməyən Şah Cahan sevimli arvadının xatirəsini əbədiləşdirmək qərarına gəlir və bu Mavzoleyi tikdirir. Mavzoley 18 il müddətinə tikilib. Gölün digər sahilində qara mərmərdən eyni ilə bu binanın oxşarı tikilməli idi və bu iki binanı boz mərmərdən qurulan körpü birləşdirməlidi. Lakin Şah bu ideanı həyata keçirə bilməmiş, və ölümündən imperatoru arvadının yanında dəfn etmişlər.

Tac-Mahal

Tac-Mahal platformasında hündürlüyü 74 m olan 5 gümbəzdən ibarət tikilidir. Künc tərəflərdə 4 minarəsi var. Divarlarına əlvan daşlardan və hamar yarımşəffaf mərmərdən bəzəklər vurulub. Bu bəzəklərdə qiymətli daşlardan da istifadə olunmuşdur. Mərmərin belə bir xüsusiyyəti var- parlaq gün işığında ağ, sübh vaxtı çəhrayı, aylı gecədə isə gümüşü rəngə çalır. Buna görə də abidə günün hər vaxtında möhtəşəm görünür.
Загрузка...

ŞƏRHLƏR

beasloove

24 May 2016 22:02

Maraqli yerlerdi. cb know hello winked

emiwka

20 Noyabr 2014 15:58

maraqli yerlerdi...
--------------------
Getdim Sagolun

Night Wolf

15 İyul 2014 17:22

Mərmərin belə bir xüsusiyyəti var- parlaq gün işığında ağ, sübh vaxtı çəhrayı, aylı gecədə isə gümüşü rəngə çalır. Buna görə də abidə günün hər vaxtında möhtəşəm görünür.

Tac Mahalın bu xüsusiyyətini çox xoşlayıram
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

sevinc m-zada

15 İyul 2014 09:54

xebere gore tsk..................
--------------------
love Koray İzitaş Vine love

Ahu 05

14 İyul 2014 20:39

gozel yerdi...

ARR

14 İyul 2014 19:32

Tac Mahal gözəl şəhərdir. Təşəkkürlər
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...