Fon yüklənir...

Kuba

Kuba

Paytaxtı:Havanna
Sahəsi:111 min kv. Km.
Əhalisi:11,2 mln nəfər
Dövlət dili:ispan
Dini:xristiaan
Pul vahidi:kuba pesosu

Kuba

Coğrafiyası
Latın Amerikası ölkəsinə Kuba və Xuventud adaları, habelə Böyük Antil adaları qrupundan olan 1600-dən çox kiçik ada daxildir. Şimaldan Atlantik okeanı və Meksika körfəzi, cənubdan Karib dənizi ilə əhatə olunub. Florida boğazı ölkəni ABŞ-dan, Yukatan boğazı Meksikadan, Kolon boğazı Yamaykadan, Küləktutan boğaz Haitidən ayırır. İnzibati cəhətdən 14 əyalətə bölünmüşdür.

İqlimi
İqlimi tropik passatdır. Orta temperatur yanvarda 22,5 C, avqustda 27,8 C-dir. İllik yağıntının miqdarı düzənliklərdə 1000-2000 mm, dağlarda 2000 mm-ə çatır. Tez-tez qasırğalar olur.

Təbiəti və relyefi
Ərazinin 94 %-dən çaxunu Kuba adası təşkil edir. Onun sahili boyu xırda adalar yerləşir. Kuba arxepelaqı şimaldan və cənubdan riflərlə əhatələnib. Kuba adasının və digər adaların səthi, əsasən, düzənlikdir. Cənub-şərqdə hündürlüyü 2 min metrə qədər olan Syerra-Maestra dağları yerləşir.Əsasən qırmızı və tünd-qonur torpaqlar yayılmışdır. Kobalt, nikel, mis, manqan, xrom, dəmir, flizi, daş, duz, neft və s. kimi faydalı qazıntılara malikdir.

Kuba

Flora və fauna
Ərazisinin təqribən onda biri tropik vəşam meşələri ilə örtülüb. Savannalar və həmişəyaşıl kolluqlarla zəngindir. Heyvanlar aləmi endemik növlərin çoxluğu ilə seçilir. Kuba yarıqdişi, kolibri, tutuquşu, xırda kərkəs, kərtənkələ, tısbağa, timsah, çoxlu yarsa və s.

Turizm
Varadero 22 km uzunluğunda çimərlikləri və 25 C hərarəti olan ən gözəl istirahət güşəsi kimi məşhurdur. Ən məşhur istirahət yerlərindən biri də Cayo Blancadır. Trinidad Kubanın cənub sahilindən 80 km məsafədə yerləşir. Ölkənin ən böyük yeddi şəhərindən biridir. Ən çox turisti özünə cəlb edən şəhərlərdən olan Trinidadda 100-dən artıq quş növü yaşayır.

Kuba

ŞƏRHLƏR

Həyat

27 İyun 2014 23:01

Yaxşıdı elədə qeyri-adi yer deyil
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

LlLesiARe

27 İyun 2014 22:29

Maraqli yere oxwayir...:))

Night Wolf

27 İyun 2014 21:33

çox gözəl yerdi
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Dark PrincesSa

27 İyun 2014 21:23

gözəl yerə oxşayr

Ahu 05

27 İyun 2014 19:55

istirahet ucun yaxsi yere oxsayir

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam