Fon yüklənir...
Загрузка...

Böyük Çin Səddi

Загрузка...
 Böyük Çin Səddi

Çin səddi düşmənlər tərəfindən dəfələrlə hücuma məruz qalıb. Daha sonralar divarın yenidən tikilməsi və bərkidilməsi çox güc və vaxt tələb edirdi. Divarın tikilişindəki sonuncu vacib mərhələ Min sülaləsindən olan imperatorların hakimiyyəti illərinə təsadüfi edirdi. Min sülaləsi dövründə yüksəldilən hissələrdən ən yaxşı saxlanılanı daşdan hörülmüş hissələrdir.
 
Onların tikilişində torpaq hamarlaşdırılırdı və onun üzərinə daş qayalardan özül qoyulurdu. Bu özül üzərində daim daş üz çəkilmiş divarlar qaldırılırdı. Bunların içi xırda daş torpaq, tikinti daşı və əhənglə doldurulurdu. Tikili lazım olan hündürlüyə çatdıqda üstündən kərpiclər qoyulurdu. Divarların orta hündürlüyü 6 m, qalınlığı isə 7.5 m-dir.

Sədd yeni eranın VI əsrindən başlayaraq türk imperiyasının güclü ordularının qarşısını ala bilmir və öz keçilməz-aşılmaz müdafiə funksiyasını itirir. Orta əsrlər tarixindən məlimdur ki, qədim türk imperatorları Bilgə xaqan, Mete, Çingiz xan Böyük Çin səddini aşaraq ölkəənin içərilərinə yerimişdir.

Böyük Çin Səddi

Min sülaləsinin imperatorluğu dövründə (XV-XVI əsrlər) Böyük Çin Səddi yenidən bərpa edilərək bir daha Çin xalqınını vahid məqsəd-Çin dövlətini yadellilərdən qorumaq uğrunda birləşdirildi. Elə o dövrdən də Böyük Çin səddi öz müasir görkəmini qoruyub saxlamışdır. Hazırda bu nadir və qeyri-adi tikili qədim dünya insanlarının əli ilə tikilmiş ən böyük möcüzələrdən biri olmaqla yanaşı, Şərq aləminin ən qiymətli incisi hesab edilir.
 
İstehkamın ən yaxşı saxlanılan hissəsi Pekinin təxminən 65 km-dəki Badalin kəndi yaxınlığında olan hissəsidir. Çinlilər üçün Böyük Çin səddi ölkənin böyüklüyünün sübutudur. Dünya üçün isə Böyük Çin səddi insan gücünün, ixtirasının və dözümlülüyünün abidəsidir.
 
Böyük Çin Səddi

Hər il Çinin şərqindən qərbinədək uzanan Böyük Çin səddinin tamaşasına dünyanın müxtəlif yerlərindən milyonlarla turist gəlir. Həmçinin Böyük Çin səddi kosmosdan da müşahidə edilir. O nazik bir xətt kimi Çin boyu uzandıqca uzanır.

Bəli, Böyük Çin səddi-ölkənin ən böyük və ən möhtəşəm sənət abidəsi- 3 min ildir ki, Çinin simvoluna çevrilərək yaşayır və yəqin ki, bundan sonra da min illərlə yaşayaraq gələcək nəsilləri əzəməti və qeyri-adiliyi ilə heyrətləndirəcəkdir.

Böyük Çin Səddi
Загрузка...

ŞƏRHLƏR

beasloove

27 May 2016 21:43

Cun seddi haqqinda esidirdim. Ama hec maraqlanim oxumadim. QISMET BUGUNEYMIS. bye

Ahu 05

21 May 2014 17:58

orda olmaq isterdim....

gulumse

24 Aprel 2014 22:02

bura cixanacan adam oler qeyri adi birseydi

Jenny J

24 Aprel 2014 17:50

Sitat: Night Wolf
gedirsən gedək

Çamadanıvı yığ gəl aeraporta gedey lol
--------------------
Wow man, this is weird on acid..



Night Wolf

23 Aprel 2014 21:12

Sitat: Jenny J
Bura getmey isterdim

gedirsən gedək lol
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

menim.dunyam3.ru

23 Aprel 2014 18:34

insanin yaratdigi ilahi mocuze deyerdim men buna mukenmmeldi men oxumuwdum ki o seddin simentinin arasinda insan qaliqlari varmiw demey ki otda tikinti zamani olen insanlari simente qatib isdifade edirmiwler basdirmaga vaxd olmurmuw yeni insanin cani bahasina bawa gelib ve cox gozel memariyeyle iwlenib men bu 7 moduzeler icinde en mat qaldigim ikinci insan eseridi bu bunu indiki bahali texnikalar bele bu qeder gozel yarada tike bilmez bir sozle insan emeyine hormet olunmalidir aferin vallah

Jenny J

23 Aprel 2014 18:10

Bura getmey isterdim
--------------------
Wow man, this is weird on acid..



loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...
Загрузка...