Fon yüklənir...
Загрузка...

Qacarın hərəmxanasındakı qadınlar

Загрузка...
İran şahı Qacarın hərəmxanasından maraqlı fotolar yayılıb. Fotolarda da ayadın görünür ki, şahın sevimli qadınlarının yer aldığı hərəmxanadakıların görüntüsü bu gün ideal hesab edilən parametrlərdən çox uzaq olub. 

Rusiyanın "Komsomolskaya Pravda" qəzeti, 1848-1896-cı illərdə hakimiyyətdə olan Şah Qacarın hərəmindən olan fotoları yayıb. 

Bu fotolarda əks edilən qadınlar bu gün ideal sayılan 90-60-90 ölçüləri, dəbli saç düzümü, geyimlərdən çox uzaqdırlar. Bloqlarda paylaşılan məlumata görə, şah öz arvadlarının fotolarını çəkdirməyi sevirdi. Məhz buna görə, bu günə kimi bu dəyərli fotolar günümüzədək gəlib çata bilib. 

Araşdırmaçıların məlumatına görə, İran şahının hərəmində 100-ə yaxın qadın var idi. 

İnsanların çoxu hərəmlə bağlı məlumatları əsasən son dövrlər çəkilən türk serialları ilə əldə ediblər. Bu seriallarda isə hərəmxana qadınları gözəl və incə əks ediliblər. Məsələn, Türkiyədə çəkilən onlarla ölkədə ən baxımlı serial olan "Muhteşem yüzyıl" serialı. Serialdakı hərəmxana və oradakı gözəl, zərif qadınları yəqin ki, hamı görüb. Onlardan ən gözəli olan Hürrəm sultan isə Osmanlı dövrünün ən görkəmli hökmdarlarından olan Sultan Süleyman Qanuninin ən sevimlisi, 5 övladının anası, həyat yoldaşı olub. 
 

 

 

 

 

 

Загрузка...

ŞƏRHLƏR

Ahu 05

5 Aprel 2015 09:19

xebere gore tesekuler.

Angel

4 Aprel 2015 20:45

xebere gore tsk
loading...
Загрузка...