Fon yüklənir...

Facebookun ən çox istifadə olunan 7 hiyləsi

Facebookun ən çox istifadə olunan 7 hiyləsi

 

Edilən araşdırmalara görə Facebook istifadəçiləri ayda ən az 8 saatını saytda keçirir. Bunun fərqində olan ictimai paylaşım şəbəkəsi isə hər keçən gün etdiyi yeniliklərə bir yenisini daha əlavə edir.

BİLİNMƏSİ LAZIM OLAN 7 XÜSUSİYYƏT:

1. Səhifənizi istifadəçi adınızla açın

Hər səhifə açmağa çalışdığınızda e-mail ünvanınızı uzun uzun sonuna qədər yazmaq yerinə, Facebook istifadəçi adınızı istifadə edin. Bildiyiniz kimi artıq hardasa hər kəs bir Facebook istifadəçi adı istifadə edir (https://www.facebook.com/username/). Bu istifadəçi adını istifadə edərək səhifə açma əməliyyatında zaman qazana bilərsiniz.

2. Başınız sizə göndərilən fəaliyyətlərlə qarışmasın

Bir zamanlar Facebook fəaliyyətləri silmə variantını aktivləşdirmişdi. Hər bir fəaliyyətin pəncərəsində sil xüsusiyyəti vardı lakin daha sonra bu xüsusiyyət qaldırıldı. İndi isə kiçik bir hiylə ilə bu xüsusiyyəti istifadə edə biləcəksiniz. Rədd etmədən bir fəaliyyəti silmək üçün sol tərəfdəki "dəvət olunanlar" siyahısında özünüzü tapın və mausunuzla üzərinə gəlin. Daha sonra da "x" basın. Təsdiqləmək üçün "Bəli" düyməsinə basın. Bu əməliyyatınızdan sonra fəaliyyətin qurucusunun xəbəri olmadan silmiş olacaqsınız.

3. "Sıx istifadə edilənlər" siyahısını istifadə edin

Facebookun ən çox istifadə etdiyiniz tətbiq, səhifə və qrupları favoritlərinizə əlavə etməniz üçün az bilinən bir xüsusiyyəti var. Bu xüsusiyyəti "Xəbər Qaynağı"nın və ya "Ana Səhifə"nin solunda və profil şəkilinizin tam altında görə bilərsiniz.

4. Zaman Tuneli Modullarınızı yenidən təşkil edin

Qapaq şəklinizin (cover) dərhal altındakı 4 qutucuq istəyinizə görə təşkil edilə bilər. Sağdakı ox işarəsinə basın və bütün tətbiqlərinizi görün. Sonra, istədiyiniz qutunun üzərinə mausunuzla gəlib qələm işarəsinə basın. Qutunu istədiyiniz başqa bir şeylə dəyişdirmək ya da silmək üçün variantlar görəcəksiniz.

5. Fotoşəkillərə yaxınlaşmaq üçün tək bir maus hərəkəti

Bu xüsusiyyət Facebookun əsas bir xüsusiyyəti deyil lakin aylarla istifadədən sonra, belə hiss etdirməyə başladı. Bir skaner əlavəsi olan Facebook Photo Zoom, mausunuzu hər hansı bir fotoşəkil üzərinə gətirdiyinizdə avtomatik olaraq böyütməyə yarayır. "Xəbər Qaynağı"nda sürətlicə gəzişərkən sizə böyük zaman qazancı təmin edə bilər.

6. Digər mesajlarınıza nəzarət edin

Hər gün onlarla mesaj qəbul edir və göndərirsiniz, yaxşı bəs qruplardan və tətbiqlərdən gələn mesajlarınız hara gedir bilirsinizmi?
"Xəbər Qaynağı"nın dərhal altında "Mesajlar"a basın və oradan da "Digər" variantına basın.

7. İşarələnən şəkillərinizin Zaman Tunelinizdə görünməsinə avtomatik olaraq maneə törədin

Bəzən yoldaşlarınız sizin istəmədiyiniz şəkillərdə sizi etiketləyə (işarələyə) bilir. Amma Facebookdakı bir xüsusiyyət sayəsində buu şəkillərin görünməsinə maneə törədə bilərsiniz. "Gizlilik Nizamlamaları"na girin və oradan da "Zaman Tuneli və Etiketləmə"nin yanındakı "Nizamlamaları Təşkil et"ə basın. Daha sonra qarşınıza çıxacaq pəncərədən istədiyiniz nizamlamaları edə bilərsiniz. Burada yoldaşlarının səni etiketlədiyi şəkil və ya statuslar, zaman tunelində görünmədən əvvəl təsdiqinə təqdim edilsin variantını aktivləşdirsəniz, biri şəkildə sizi etiketlədiyində göstərilmədən əvvəl sizə "təsdiq edirsinizmi?" deyə bildiriş gələcəkdir.

ŞƏRHLƏR

Angel

4 İyun 2012 23:46

Sitat: Princess
Feceye girmirem

Amma indi girirem smile

niko love

29 Aprel 2012 23:34

facem var amma girmirem smile

BURCU55

26 Aprel 2012 17:14

men oturmuram facbookda cunki xosdamiyam puah

Faya

24 Aprel 2012 10:45

Faceye marağım azalıb
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

Wolf Town

23 Aprel 2012 23:58

FAceden xowum gelmir demek olarki oturmuram

ToM RiDdle

23 Aprel 2012 23:52

Facesiz gunum olmasin))
--------------------
Tural Adrian ♥

Angel

23 Aprel 2012 23:38

Feceye girmirem

FLOR

23 Aprel 2012 22:06

hec oluram ki fb de yuz ilde bir defe)

DonnA

23 Aprel 2012 21:36

hi maraqli idi ehtiyatli olmaq gerekir
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Tatli cadi

23 Aprel 2012 21:35

Faceden maraqlanmiram.

Fezada_Heyat

23 Aprel 2012 20:40

hecbiwey bawa duwmedim
wacko

ferrari f70

23 Aprel 2012 20:21

maraqsizdir

rekos

23 Aprel 2012 18:54

facebookda yoxam

MisSayka

23 Aprel 2012 18:54

Fotoşəkillərə yaxınlaşmaq üçün tək bir maus hərəkəti

bu var məndə :) ancaq Chrome-da işdiyir bu, ən rahat yoldu şəkilə baxmaq üçün prosta. məsələn kiminsə profil şəkilləri bağlı olanda bunan baxmaq olur laughing
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

_VoRKa_

23 Aprel 2012 16:17

Facebookdan istifade etmirem...


Facebooku olanlar uchun yaxwi xeberdi =))) Tewekkur =))
--------------------
бесят тупые принципы.
бесит, что никто не может признаться в своих чувствах.
бесит, что никто искренне не говорит правду.
бесит, что если человек скучает, то он об этом не скажет.
бесит, что мы все прячем правду за неуклюжей ложью...


Poker Face GaGa

23 Aprel 2012 15:05

2. Başınız sizə göndərilən fəaliyyətlərlə qarışmasın

Bir zamanlar Facebook fəaliyyətləri silmə variantını aktivləşdirmişdi. Hər bir fəaliyyətin pəncərəsində sil xüsusiyyəti vardı lakin daha sonra bu xüsusiyyət qaldırıldı. İndi isə kiçik bir hiylə ilə bu xüsusiyyəti istifadə edə biləcəksiniz. Rədd etmədən bir fəaliyyəti silmək üçün sol tərəfdəki "dəvət olunanlar" siyahısında özünüzü tapın və mausunuzla üzərinə gəlin. Daha sonra da "x" basın. Təsdiqləmək üçün "Bəli" düyməsinə basın. Bu əməliyyatınızdan sonra fəaliyyətin qurucusunun xəbəri olmadan silmiş olacaqsınız.
belay
--------------------

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam