Fon yüklənir...

Coşqun Rəfaellə səhnəyə qayıdır

Boğazından ağır əməliyyat edilən tanınmış aktyor Coşqun Rəhimov səhnəyə qayıdacaq. Qeyd edək ki, artıq bir neçə ildir ki, “Bu şəhərdə” yumorist qrupunun üzvləri Coşqun Rəhimov və Rəfael İsgəndərov 8 mart bayramı ərəfəsində konsert proqramı təşkil edirlər. Bu il də onların Heydər Əliyev Sarayında yeni proqramıları martın 5-də, 6-da, 7-də və 8-də təqdim olunacaq. Ənənəvi olaraq proqram “Bu şəhərdə”nin prodüsseri Müşfiq Abbasovun ssenarisi əsasında hazırlanıb. Qeyd edək ki, yenicə cərrahiyyə əməliyyatı olunan aktyor Çoşqun Rəhimov əməliyyatdan sonra ilk dəfədir ki, bu konsertlərdə tamaşaçıların qarşısına çıxacaq. Heydər Əliyev Sarayından verilən məlumata görə, “Bu şəhərdə”nin artıq satışa çıxarılan biletlərinin qiyməti 16-80 manat arasındadır.

Coşqun Rəfaellə səhənəyə qayıdır

M.Abbasovun bildirdiyinə görə, C.Rəhimov əməliyyatdan sonra da əvvəlki templə məşq proseslərində iştirak edir: “Televiziyada göstərilən anonslar Coşqunun əməliyyatdan sonra hazırladığı səhnələrdir. Onun durumu normaldır və məşq prosesləri qaydasında davam edir”. Məşq proseslərindən birində iştirak etmək niyyətimizə M.Abbasov belə cavab verdi: “Bununla əlaqədar bizə televiziylardan da müraciət daxil olub. Lakin Coşqun bildirib ki, o, canlı olaraq yalnız konsert günü seyrçilərinə sürpriz bəxş etmək niyyətindədir. Məşq prosesini jurnalist izləyib qabaqcadan ictimaiyyətə çatdırsa, tamaşaçıya nə qalacaq?! Odur ki, bizi konsert səhnəsindən izləyin! Maraqlı sürprizlərimiz olacaq!”

ŞƏRHLƏR

FLOR

10 Fevral 2011 21:04

xos gelir sefa getirir)

MoNuElLa

10 Fevral 2011 15:19

Sukur ALLAHA!!! yahoo
--------------------
Men Senin baxiwini sevdim....
Aglimi aparan,ureyimi isiden....♥



Son 1 gun..(

Mamedovich

10 Fevral 2011 15:07

Birdə xəstələnməsin....AMİN.

Emil

10 Fevral 2011 13:29

Reklamlarını görmüşəm, qismət olsa gedərəm)
--------------------

To get away clean, you have play dirty.

Nilay

10 Fevral 2011 13:06

smile

Dandoline

10 Fevral 2011 12:52

Özünü çox yormasın gərək..Məncə 1-2 ay dincəlməliydi..Yenə də özü bilər..Can onundu..

elena

10 Fevral 2011 12:40

lap yaxwi... smile

Elif_87

10 Fevral 2011 10:43

Səbirsizliklə gözləyirəm...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam