Fon yüklənir...
Загрузка...

Azərbaycanda 6 bal gücündə zəlzələ olub - YENİLƏNİB

Загрузка...

Azərbaycanda daha bir zəlzələ olub. 

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar fevralın 5-də saat 23:37-də Pirqulu stansiyasından 8 km qərbdə, Ağsu rayonu ərazisində qeydə alınıb.

Yeraltı təkanlar episentrdə 3 bala qədər hiss olunub. 

Maqnitudası 3,4 olan zəlzələnin episentri 11 kilometr dərinlikdə yerləşirdi. 


00.11


Azərbaycanda baş verən zəlzələ ilə bağlı rəsmi məlumat yayılıb. 

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı rayonu ərazisində qeydə alınıb. 

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub. 

Yeraltı təkanların episentri 8 kilometr dərinlikdə yerləşirdi.


23.54


Axşam saatlarında ölkə ərazisində zəlzələ olub.

Yeraltı təkanlar 3-4 bal təşkil edib.

Yeraltı təkanlar bölgələr və paytaxtda hiss olunub.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, zəlzələ nəticəsində rayonun Şamaxı rayonunun Şəhriyar qəsəbəsində bir yaşayış evində dağıntı baş verib. 

Qəsəbə sakini İmran Nurməmmədova məxsus yaşayış evinin divarının bir hissəsi uçub.


Qəsəbədə yerləşən daha iki evin zəlzələdən zərər gördüyü bildirilir.

Yeraltı təkanlar iki dəfə qeydə alınıb. İkinci təkan 10 saniyə davam edib.  

İnsanların evlərindən küçələrə çıxdığı bildirilir.

Загрузка...
loading...
Загрузка...