Fon yüklənir...
Загрузка...

Lukaşenko AİB sammitində Putinlə mübahisə etdi

Загрузка...
Lukaşenko AİB sammitində Putinlə mübahisə etdi

Rusiya prezidenti Vladimir Putin və Belarus dövlət başçısı Aleksandr Lukaşenko Sankt-Peterburqda keçirilən Avrasiya İqtisadi Birliyi sammiti çərçivəsində qaza qiymətqoyma məsələlərini müzakirə ediblər.

"Moskva-Baku” portalı xəbər verir ki, Lukaşenko qaz istehlakçıları üçün fərqli şərtlərə diqqət çəkib: Belarus istehlakçıları üçün qiymət min kubmetr üçün 130 dollar, Rusiyada sakinləri üçün isə 70 dollardır. 

Putin bu məsələ ilə bağlı deyib ki, Belarus üçün bazar qiyməti hesablansa, bu, 130 dollar deyil, 200 dollar olmalıdır. Rusiya lideri qazın qiyməti məsələsini daha sonra bağlı qapılar arxasında müzakirə etməyi təklif edib. 

Dekabrın 4-də Lukaşenko "Rossiya 24” telekanalına müsahibəsində bildirib ki, qazın qiymətləri Belarus müəssisələri arasındakı rəqabətə mane olur.
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...