Fon yüklənir...
Загрузка...

“Bu simasızları maraqlandıran yalnız pul olub”

Загрузка...
“Bu simasızları maraqlandıran yalnız pul olub”

Azərbaycandan qaçaraq Avropaya sığınan, ermənipərəst dairələrin təsiri altına düşərək ölkəmizə qarşı kampaniya aparan, özlərini "müxalifətçi”, "siyasi mühacir” kimi qələmə verən Tural Sadıqlı ilə Məhəmməd Mirzəli arasında bir neçə gündür pul üstündə qalmaqal yaşanır. Qarşılıqlı ittihamlarla müşayiət olunan bu qalmaqalda hər iki tərəf özünü haqlı sayır. T.Sadıqlı sosial şəbəkədə bu məqsədlə paylaşdığı videoda M.Mirzəlini naxələf, satqın, dönük və arxadan bıçaq vuran kimi qələmə verib. Əqidədaşının iç üzünü açacağını vəd edən T.Sadıqlı M.Mirzəlinin onun barəsində iftiralar, böhtanlar səsləndirdiyini dilə gətirib. O, vaxtilə M.Mirzəlinin heç kim tərəfindən tanınmadığını xatırladıb. Deyib ki, illərdir video blogerliklə məşğul olan birisi kimi M.Mirzəlinin çıxışlarında cəsarət görüb və onu öz yanına çəkib, dəstək olub, çıxışlarını ictimailəşdirib, gənc bloger kimi populyarlaşmasına çalışıb. Lakin dəstək verdiyi insan sonradan ona xəyanət edib, dönük çıxıb. T.Sadıqlı canlı yayımda M.Mirzəlinin videogörüntüsünü də göstərib və deyib ki, həyat yoldaşı da ona şərəfsiz deyir. 
 
 

M.Mirzəli də qarşılıqlı olaraq "Facebook” səhifəsində, "Youtube”da video müraciətlə çıxış edib, T.Sadıqlını təhqir edib. Qeyd edib ki, "Azad söz”də birgə iş müqabilində əldə edilən gəlirlər Tural tərəfindən mənimsənilib. O, Turalın atası Əlövsətin Azərbaycanda qrant alan, qrant yeyən QHT-şnik kimi tanındığına diqqət çəkərək, oğlunun da Avropada azərbaycanlıları aldatdığını, saxtakarlıqla məşğul olduğunu, mühacirət etmək istəyən soydaşlarımızın pullarını mənimsədiyini və başlarına oyun açdığını vurğulayıb. M.Mirzəli videomüraciətin sonunda bir vaxtlar özünə dost-qardaş bildiyi T.Sadıqlının vicdanına da tüpürüb, onunla virtual tüpürcəklə sağollaşıb.
 
 

Göründüyü kimi, "iaşə müxalifəti”, "söyüş çetesi”nin üzvü kimi məşhuri-cahan olan gənclər bütün enerjilərini bir-birini ifşa etməyə yönəldiblər. Onlar qarşılıqlı ittihamlarla "mübarizə”lərinin də, özlərinin də əsl mahiyyətini ortaya qoyub, hansı məqsədə xidmət etdiklərini nümayiş etdiriblər. M.Mirzəlinin T.Sadıqlının ünvanına işlətdiyi sözlə desək, özləri özlərinin nöqtəsini qoyublar. Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Yurddaş Partiyasının sədri Mais Səfərli vurğulayıb ki, müxtəlif bəhanə ilə Azərbaycanı tərk edib Avropada məskunlaşan və oradan ölkəmizə, dövlətimizə, xalqımıza, ictimai-siyasi şəxslərə qarşı "söyüş kampaniyası” aparanlar Vətənə xəyanət yolu tutanlardır. Onun sözlərinə görə, Azərbaycanda hakimiyyət xalqa məxsusdur və prezidenti, parlamenti, bələdiyyəni xalq seçir. Partiya sədri deyib ki, belə olduğu halda iqtidarı, siyasi hakimiyyəti, dövlət başçısını, ayrı-ayrı məmurları, deputatları məqsədli şəkildə hədəfə alanlar xalqa, dövlətə, Vətənə qarşı çıxırlar: "Azərbaycan dövlətini və xalqını Azərbaycan Prezidenti ən yüksək səviyyədə təmsil edir. Bunu bilə-bilə xaricdən ona qarşı kampaniya aparmaq xalqın iradəsinə qarşı çıxmaq, Vətənin, dövlətin, milli maraqların əksinə getmək deməkdir. Simalarını itirmiş belə insanlar öz hərəkətləri ilə millətimizə qarşı çıxırlar. Onlar üçün Vətən anlayışı yoxdur. Belələri Azərbaycanı sevməyən xarici qüvvələrin əlində oyuncağa, vasitəyə çevriliblər”.
 
 

M.Səfərli bildirib ki, əqidəsi, amalı olmayan belə şəxslər Azərbaycana təzyiq vasitəsi üçün yalnız alət funksiyasını yerinə yetiriblər: "Bu şəxslər Azərbaycana, onun uğurlarına, ölkəmizin iştirakçısı və təşəbbüskarı olduğu nəhəng layihələrə qarşı çıxır, bunları əngəlləmək istəyirdilər. Ölkəmiz daxilində radikal müxalifətin əli ilə qarışıqlıq, qarşıdurma yaratmağa çalışırdılar. Lakin Azərbaycanda güclü xalq-iqtidar birliyinin olması, güclü prezidentin böyük uzaqgörənliklə həyata keçirdiyi siyasi kurs onların bütün cəhdlərini darmadağın etdi. Belə olan halda kimlərinsə əlində alətə çevrilən şəxslər söyüşlə, təhqirlə qaralama kampaniyasına start verdilər. Azərbaycan xalqına bağlılığı olmayan, simasını itirmiş belə şəxslər müəyyən pul müqabilində buna gedirdilər. Zamanla bütün bunları dilə gətirəndə həmin adamlar söylənilənləri inkar edir, özlərinin "qəhrəman”, "canıyanan”, "müxalifətçi” obrazlarını yaratmağa çalışırdılar. Ancaq zaman hər şeyi üzə çıxardı. İndi bir daha məlum olur ki, bu simasız insanları maraqlandıran yalnız pul olub. Onlar pul qarşılığında belə nalayiq hərəkətlərə yol veriblər. Vaxtilə onları maliyyələşdirənlər görəndə ki, "söyüş kampaniyası”, qarayaxmalar effekt vermir, bu iş üçün ayrılan pulu kəsiblər. Bu da "söyüş müxalifəti”nin qarnına "sancı” salıb, onları bir-birinə qarşı qoyub. Onlar üçün pul hər şeydən üstündür. Pula görə onlar hətta bir-birinin ailə üzvlərini də hədəfə alırlar”.
 
 

Siyasi şərhçi Azər Həsrət də qəzetimizə açıqlamasında deyib ki, T.Sadıqlı ilə M.Mirzəli arasında yaşanan virtual dava-dalaş və bunun kimi hadisələr indiyə qədər çox yaşanıb. Onun sözlərinə görə, bu adamlar üzdə demokratiya, söz azadlığı, insan hüquqlarından danışsalar da, əsl gerçəklikdə "qarın davası” edirlər: "Vaxtilə bunların əsl mahiyyətini ortaya qoyub tənqid edəndə bizi söyüş hədəfinə alır, mənəvi terrora məruz qoyurdular. İddia edirdilər ki, onlara guya böhtan atırıq. Ancaq baş verən son hadisə də haqlı olduğumuzu növbəti dəfə təsdiqlədi. Fikrimcə, onların düşünmək qabiliyyətləri varsa, meydandan çəkinməlidirlər. Çünki, öz hərəkətləri ilə bir-birlərini faş etdilər. Ancaq məsələ burasıdır ki, Azərbaycan dövlətini, siyasi rəhbərliyimizi gözdən salmaq istəyən adamlar boş qalan deyillər. Hətta bu məqsədlər üçün yeni adamların meydana çıxması, onlar vasitəsilə prosesin davam etdirilməsi də gözləniləndir. İstənilən halda, bu iyrənc mənzərə cəmiyyət üçün xəbərdarlıq olmalıdır. Geniş ictimaiyyət bir daha bilməlidir ki, Azərbaycan əleyhinə təbliğat aparanların əsas məqsədi, amalı nədən ibarətdir”.
Rufik İSMAYILOV

“Bu simasızları maraqlandıran yalnız pul olub”

“Bu simasızları maraqlandıran yalnız pul olub”

“Bu simasızları maraqlandıran yalnız pul olub”

“Bu simasızları maraqlandıran yalnız pul olub”
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...