Fon yüklənir...
Загрузка...

Balakəndə 70 yaşlı kişi özündən 15 yaş kiçik qardaşını bıçaqladı

Загрузка...
Balakəndə 70 yaşlı kişi özündən 15 yaş kiçik qardaşını bıçaqladı

Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu gün axşam saat 17:00 radələrində rayonun Hənifə kənd sakini, 1963-cü il təvəllüdlü Həmzət Əsəbəli oğlu Abdullayev bıçaqlanma xəsarəti ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanadan "Report”a bildirilib ki, H.Abdullayevə döş qəfəsinin sol payının kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti diaqnozu qoyulub. H.Abdullayevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. H.Abdullayevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

H.Abdullayev özündən 15 yaş böyük qardaşı, 1948-ci il təvəllüdlü Ramazan Abdullayev tərəfindən aralarında baş verən mübahisə zamanı bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...