Fon yüklənir...
Загрузка...

Narkotikə görə həbs olunan azərbaycanlı məşhurlar (FOTOLAR)

Загрузка...
Narkotikə görə həbs olunan azərbaycanlı məşhurlar (FOTOLAR)

İnsanları ölümə aparan narkomaniya bütün dövrlərdə həyat və cəmiyyət üçün ən böyük təhlükə sayılıb.
Narkomaniya - insanın kimliyindən, sosial vəziyyətindən, maddi durumundan, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, onu çox asanlıqla öz ağuşuna ala bilir və nəticə olaraq sonu ya ölüm, ya da həbs olur.

Çox təəssüf ki, ölkəmizdə də bəzi məşhur simaların adını bu siyahıda görə bilərik.

Qaynarinfo narkotikə görə həbs olunan bəzi azərbaycanlı məşhurların siyahısını sizə təqdim edir.

Mərhum meyxanaçı Bayram Kürdəxanlı bunu peşəsi üçün ilham vasitəsi saydığına görə istifadə etdiyini söyləmişdi. Bayram Kürdəxanlıya narkotik istifadəsinə gorə 14 noyabr 2014-cü ildə 1 il həbs cəzası verilib.

Məşhur rep ifaçıları Elşad Xose Dado (Səid Əliyev) 2015-ci ildə eyni səbəbdən saxlanılıb.

Digər rep ifaçısı mərhum Hüseyn Dərya da narkotik istifadə edən məşhurların sırasında olub. Buna görə də sənətçinin ailəsi dağılıb, həbsə düşüb. Repçi bunu etiraf etmişdi: "Millət qarşısında açıq-aşkar etiraf edirəm ki, narkotik istifadə etmişəm. Bir qələtdir, səhvdir etmişəm".

Əməkdar artist Rəhman Rəhmanovun oğlu müğənni Emil Rəhmanov narkotikdən istifadəyə görə 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Məşhur idmançımız Aqşin Salmanov da yanvar ayında narkotiklə tutularaq  həbs edilmişdi.

Məşhur meyxanaçı Mahir Cürət 2016-cı ildə  Sumqayıt 1-ci polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutularaq 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Naminə Nur
Narkotikə görə həbs olunan azərbaycanlı məşhurlar (FOTOLAR)

Narkotikə görə həbs olunan azərbaycanlı məşhurlar (FOTOLAR)

Narkotikə görə həbs olunan azərbaycanlı məşhurlar (FOTOLAR)

Narkotikə görə həbs olunan azərbaycanlı məşhurlar (FOTOLAR)

Narkotikə görə həbs olunan azərbaycanlı məşhurlar (FOTOLAR)

Narkotikə görə həbs olunan azərbaycanlı məşhurlar (FOTOLAR)
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...