Fon yüklənir...
Загрузка...

İsmayıllı sakini qeyri-adi velosiped düzəldib (VİDEO)

Загрузка...
İsmayıllı sakini qeyri-adi velosiped düzəldib (VİDEO)

İsmayıllı sakini ikinəfərlik, qeyri-adi velosiped düzəldib.

Velosipedin qeyri-adiliyi ondadır ki, əks istiqamətdə oturan 2 nəfər də pedalları öz istiqamətlərinə doğru hərəkət etdirir.

Xezerxeber.az-ın məlumatına görə, qeyri-adi velosipedi İsmayıllı sakini Əli İmamverdiyev düzəldib. Velosipedin bu vəziyyətə gətirilməsi üçün 2 sükan, 2 təkər, 2 çərçivə, 2 oturacaq, 3 zəncir və 4 pedaldan istifadə edilib. Birinci zəncir 1-ci pedaldan 1-ci dartıcı qutuya, 2-ci zəncir isə 1-ci pedaldan 2-ci pedala keçməsi üçün istifadə edilir. Üçüncü zəncir isə 2-ci pedaldan 1-ci pedala əks tərəfə birləşir. Həmin zəncirlər birləşərək 1,5 metr uzunluğunda ümumi dövrə əmələ gətirir.

Velosipeddə eyni anda 2 nəfər oturaraq biri arxa, digəri isə ön tərəfə baxır. Hərəkət istiqaməti isə eynidir.

Yeni vasitə görənlərin də marağına səbəb olur.

Velosipedin hazırlanmasına təxminən 300 manat sərf olunub. Velosipedin uzunluğu 2 metrdən bir qədər çoxdur. Əli İmamverdiyev deyir ki, gələcəkdə bu vasitəni daha da təkmilləşdirəcək.
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...