Fon yüklənir...
Загрузка...

Bakı metrosunda problem - Sıxlıq yarandı

Загрузка...
Bakı metrosunda problem - Sıxlıq yarandı

Bakıda metroda qatarların hərəkətində gecikmə olub.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, intervalda baş verən gecikməyə səbəb "Neftçilər" stansiyasında qatar dalandan çıxarkən nasazlıq yaranması olub: "Saat 07:50-də "Neftçilər" stansiyasında 38-ci marşrut üzrə hərəkətdə olan, dalandan çıxan qatarda texniki problem yaranıb. Nəticədə qatar xəttə 5 dəqiqədən sonra çıxıb. Bu səbəbdən digər qatarların intervalında 7-9 dəqiqə gecikmə yaranıb".

B.Məmmədov bildirib ki, hazırda qatarların hərəkətində və intervalda heç bir problem yoxdur./azxeber.com
 
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...