Fon yüklənir...
Загрузка...

“ABŞ Kolumbiyaya məni öldürmək əmri verib” - Maduro

Загрузка...
“ABŞ Kolumbiyaya məni öldürmək əmri verib” - Maduro

Venesuela prezidenti Nikolas Maduro dövlət televiziyasında etdiyi çıxışda Ağ Evin Kolumbiya dövlətinə onu öldürməsi barədə təlimat verdiyini iddia edib.

Sfera.az xəbər verir ki, o, saçının bir tükünə belə toxuna bilməyəcəklərini deyib:

"Buradan bütün dünyaya səslənirəm. Maduronu öldürmə əmri məni öldürmək istəyən Ağ Ev tərəfindən Kolumbiya hökumətinə verilib”.

Xatırladaq ki, avqust ayında paytaxt Karakasda keçirilən hərbi parad zamanı Maduroya qarşı PUA vasitəsilə təşkil edilən sui-qəsd müvəffəqiyyətsizliyə düçar olmuş, hadisə zamanı 7 hərbçi yaralanmışdı.

Maduro hücumdan sonra ABŞ və Kolumbiyanı, xüsusilə sabiq Kolumbiya prezidenti Xuan Manuel Santosu sui-qəsddə ittiham etmişdi. Kolumbiya XİN isə iddiaları rədd etmişdi.
 
Rəsul
Sfera.az
 
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...