Fon yüklənir...
Загрузка...

Vegetarian həyat tərzi heç də həmişə məqbul deyil

Загрузка...
Vegetarian həyat tərzi heç də həmişə məqbul deyil

Müasir formada olmasa da, antik dövrdə də vegetarianlıq elementləri olub. Həmin dövrün məlumatlarında müəyyən xəstəliklər zamanı vegetarianlığa bənzər pəhriz növlərinin tövsiyə olunması məlumdur. Lakin bəzi xəstəliklərdə heyvan mənşəli məhsullardan istifadə edilməsi vacibdir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov məlumat verib.

O, deyib: "Vegetarianlıq növləri hər bir orqanizmə uyğun seçilməlidir. Məsələn, orqanizmdə turşuluq yüksəkdirsə, vegetarianlığın tətbiqi müsbət nəticə verir. Ciddi vegetarianlıq podaqra və böyrək daşı xəstəliklərində geniş tətbiq olunan vasitədir. Lakin ürək-damar sistemi xəstəlikləri, qaraciyər patologiyası, beyin qan dövranı pozuntuları zamanı eyni səviyyədə yanaşmaq düzgün deyil. Uşaqlar, inkişafda olan yeniyetmələr və çəki azlığı olanlar üçün həmin rejimə əməl etmək məqbul sayılmır”.

İbrahim Əhmədovun dediyinə görə, bəzi ciddi xəstəliklər zamanı isə vegetarianlığın müəyyən növləri nəinki məsləhət görülür, hətta vacib hesab edilir: "Bitki mənşəli və süd məhsulları ilə qidalanma demək olar ki, bütün xəstəliklərdə məqsədəuyğundur”.




Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...