Fon yüklənir...
Загрузка...

Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi qeyd ediləcək

Загрузка...
Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi qeyd ediləcək

Noyabrın 15-də Heydər Əliyev Sarayında Xalq artisti Yalçın Rzazadənin yaradıcılığının 50 illiyinə həsr olunmuş gecə keçiriləcək.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsert proqramında Xalq artistləri Brilliant Dadaşova, Mübariz Tağıyev, Azər Zeynalov, Samir Cəfərov, Zülfiyyə Xanbabayeva, Nazpəri Dostəliyeva, Natavan Şeyxova, Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artistlər Tünzalə Ağayeva, Lalə Məmmədova, Abbas Bağırov, Nüşabə Ələsgərli, Rəşad İlyasov, Röya, Mətanət İsgəndərli, Manana və bir sıra tanınmış müğənnilər iştirak edəcəklər.

Gecədə yubilyarın musiqisevərlər arasında sevilən və tanınan "Bakı, sabahın xeyir”, "Azərbaycan”, "Anam qocalır”, "Bu gecə”, "Durnalar”, "Gün keçdi”, "Həsrətindəyəm”, "Səni axtarıram” və digər mahnıları səsləndiriləcək.




Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...