Fon yüklənir...
Загрузка...

Metsamor AES partlayış məqamını gözləyən bombadır

Загрузка...
Metsamor AES partlayış məqamını gözləyən bombadır

Ermənistandakı Metsamor atom elektrik stansiyası partlayış məqamını gözləyən bombadır.

Trend-in məlumatına görə, bunu Strasburqda AŞ PA-nın payız sessiyasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O bildirib ki, Metsamor AES çox seysmik zonada yerləşir: "Faktiki olaraq bu, partlayış məqamını gözləyən bombadır. Əgər Ermənistanda daha bir zəlzələ baş versə bu, böyük ərazilərdə, o cümlədən Avropada zəhərlənməyə gətirib çıxara bilər”.

A.Mollazadə qeyd edib ki, Avropa İttifaqı Metsamor AES problemini həll etmək üçün Ermənistan hökumətinə konkret büdcə ehtiyatları ayırıb: "Pullar itib və AES işini davam etdirir. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib ki, bu stansiya "çirkli" bomba hazırlaya bilər və bu bomba Azərbaycana qarşı istifadə oluna bilər”.



Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...