Fon yüklənir...
Загрузка...

Tünzalə: "Yalvarıram, halallıq verin" - VİDEO

Загрузка...
Tünzalə:

Əməkdar artist Tünzalə Əliyeva ona maddi yarım edən sənət dostlarına müraciət edib. 

Sfera.az Baku.ws-dən aldığı məlumata görə, aktrisa həmkarlarından halallıq istəyib:

"Mən bir də ana ola bilməyəcəyəm. Uşağımı halallıqla verilən pullara alınmış evdə böyütmək istəyirəm. Arzu xanımın (aparıcı Arzu Həmzəyeva - red.) şəxsində mənə pul göndərən həmkarlarımdan xahiş edirəm ki, gəlin, pulunuzu götürün, adınızı da çəkməyəcəyəm. Xalqım onsuz da mənə kömək edir, o pulu yığıram. 

 
İçinizdə zərrə qədər halallıq vermirsinizsə, yalvarıram, Allah rizasi üçün, sizə and verirəm Allaha, halallıq verin. Vermirsinizsə, adınızı çəkməyəcəyəm, mən də bilməyəcəyəm, Faiqin ("BizimləSən" verilişinin əməkdaşı Faiq Ələkbərov-red.) nömrəsini bilirsiniz, deyin, mənə o puldan filan qədər göndər. Əgər soruşsam namərdəm, Allah mənə qənim olsun".

Xatıladaq ki, bir müddət əvvəl Tünzalə Əliyevaya 1000 AZN civarında maddi dəstək olan aparıcı Arzu Həmzəyeva daha sonra peşman olduğunu qeyd etmişdi. O, məbləğin əməkdar artistin evinin krediti üçün yığıldığından bixəbər olduğunu bildirmişdi. 

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...