Fon yüklənir...
Загрузка...

Dünya çempionu qayınatasını niyə döyüb?

Загрузка...
Dünya çempionu qayınatasını niyə döyüb?

Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidovun həbsi ilə bağlı detallar məlum olub.
 
AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, E.Məcidov 2016-cı ildə həyat yoldaşı Müqəddə Dilbazi ilə boşanıb. Cütlüyün nikahndan bir övladı olub.

Uşaq ananın himayəsinə verilib. 2017-ci ildə isə M.Dilbazi məhkəməyə müraciət edərək uşağın xarici ölkəyə aparılmasına icazə verilməsini istəyib. Bununla bağlı E.Məcidovla arvadı arasında uzun sürən məhkəmə çəkişmələri də olub.

Son dövrdə isə E.Məcidov övladı ilə ünsiyyət qurmasına keçmiş həyat yoldaşı və onun valideynləri tərəfindən maneələr yaradıldığını bildirib. İdmançının bununla bağlı müraciətini Binəqədi rayon İcra şöbəsi araşdırıb. Hadisə də şöbənin inzibati binasında baş verib.

İcra məmuru Vüqar Alıyevin otağında görüşən tərəflər atanın uşaqla görüşməsi ilə bağlı mübahisə ediblər.

İddiaya görə, E.Məcidovun keçmiş qayınatası Bəhruz Dilbazi məmurun otağında onu söyüb və kikboksçu qarşı tərəfə bir yumruq zərbəsi vurub.

E.Məcidov Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq; silah qismində istifadə olunan əşyadan istifadə olunmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. Binəqədi rayon məhkəməsinin qərarı ilə E.Məcidov barəsində 2 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, E.Məcidov qayınatasını beşbarmaqla vurub. O, hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...