Fon yüklənir...
Загрузка...

Azərbaycanda sələmçi qadın qətlə yetirildi - 10 bıçaq vurulub

Загрузка...
Azərbaycanda sələmçi qadın qətlə yetirildi - 10 bıçaq vurulub

Sumqayıtda 67 yaşlı qadın qətlə yetirilib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabidin qəsəbəsində qeydə alınıb. 

Belə ki, Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Minayə Həsənli öz yaşadığı mənzildə naməlum şəxs və ya şəxslər tərəfindən 10 bıçaq zərbəsi ilə qətlə yetirilib. Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, öldürülən qadının Sumqayıtda sələmçiliklə məşğul olduğu bildirilir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...