Fon yüklənir...
Загрузка...

Azərbaycanın rəsmi milyonçu dərdi - İdman federasiyalarına buna görə məmurlar rəhbərlik edirmiş...

Загрузка...
Azərbaycanın rəsmi milyonçu dərdi - İdman federasiyalarına buna görə məmurlar rəhbərlik edirmiş...

"Azərbaycanda nazir və məmurların idman federasiyalarına birbaşa rəhbərlik etməsi həmin sahələrdə korrupsiyanın olduğunun göstəricisidir”.
 
Bu sözləri Sfera.az saytına açıqlamasında ölkəmizdə yaradılan idman federasiyalarına hansı səbəbdən əsasən bu sahə ilə ümumiyyətlə əlaqəsi olmayan nazirlərin rəhbər təyin olunmasına münasibət bildirərkən ekspert Natiq Cəfərli deyib.
Onun fikrincə, Azərbaycanda rəsmi milyonçu olmadığından sahibkarların idman federasiyalarına rəhbərlik və onlara sponsorluq etmələrinə imkan yaradılmır:

"Azərbaycanda sərbəst biznes mühiti formalaşmayıb. O səbəbdən də bu qədər varlı ölkə olmağımıza baxmayaraq, rəsmi milyonçularımız yoxdur. Hətta Cənubi Qafqazda yeganə ölkəyik ki, rəsmi, qeydiyyatdan keçərək milyonçu adını qazanan şəxs yoxdur. Qat-qat yoxsul vəziyyətdə yaşayan Ermənistanda belə 76 milyonçu var. Məhz rəsmi olaraq milyonçuların olmaması səbəbindən idman federasiyalarına Qərb ölkələrində olduğu kimi belə insanların rəhbərlik etməsinə imkan yaranmır. Yəni insan rəsmən varlı insan olmalıdır ki, sponsorluq fəaliyyətilə məşğul ola bilsin. Bu səbəbdən də idman federasiyalarında biznes çevrələrinin iştirakını təəssüf ki, görmürük”. 

N. Cəfərlinin fikrincə, idman federasiyalarına nazir və məmurların rəhbər təyin olunması rəsmən həm də onun etirafıdır ki, bu kateqoriyadan olan şəxslər öz maaşları ilə dolanmayan şəxslərdir:  

"Deməli onların əlavə gəlirləri olur ki, idman federasiyalarına rəhbərlik etməklə ora da pul xərcləməyə imkan əldə edirlər. Belə bir situasiyanın olması açığı həm də korrupsiyanın etiraf edilməsidir. Çünki korrupsiya olmasaydı, nazir və məmurların böyük həcmdə pul qazanmaları və onların rəsmi maaşla idman federasiyalarına, yarışlara vəsait xərcləmələri də mümkün olmazdı. Bu yolla məmurlar çirkli pulların yuyulması ilə məşğul olurlar”.

Qeyd edək ki, Azərbaycanda yaradılan idman federasiyalarının əksəriyyətinə bu və ya digər nazirlik və komitələrə başçılıq edən yüksək rütbəli məmurlar rəhbərlik edir. Halbuki, idmanın güclü inkişaf etdiyi sivil ölkələrdə belə federasiyaların başında adətən ya keçmiş idmançılar, ya da hansısa bir sahibkar dayanır. Nəticədə də onların rəhbərlik etdiyi idman sahələrində idmançılar adətən yüksək nəticələr əldə edirlər. 

ELÇİN
Sfera.az
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...