Fon yüklənir...
Загрузка...

Cəlilabad sakinləri sirli varlıqdan qorxur, yoxsa İcra Hakimiyyətindən? - VİDEO

Загрузка...
Cəlilabad sakinləri sirli varlıqdan qorxur, yoxsa İcra Hakimiyyətindən? - VİDEO

Cəlilabadın Günəşli kəndində uzun müddətdir insanlar vəsvəsə içərisindədir. Kimliyi naməlum olan bir məxluq gecələr evlərin damlarına daş atır, pəncərələri qırır. Naməlum varlıq evlərə daxil olur, ev əşyalarını qarışdırır.
 
Sfera.az bildirir ki, kənd sakinlərinin News24.az-a verdiyi məlumata görə, kənddə polislər mühafizə çəmbəri yaratsa da, bu hadisələri törədənin kimliyini hələlik müəyyən etmək mümkün olmayıb. Naməlum məxluqun eyni anda 3 evi qarışdırdığı bildirilib. Hadisə şahidlərinin dediyinə görə, o bir ailənin evinə daxil olub, evin gəlinini döyüb və üst-başını parçalayıb. Qorxudan şoka düşən qadın onun üzünü görmədiyini, həmin varlığın qara geyimli kişiyə bənzədiyini söyləyib.

Məsələni yerində araşdırmaq üçün müxbirlərimiz Cəlilabad rayonunun. Günəşli kəndinə üz tutdular.

Təəssüf ki, telefonla zəng edib dəvət edən insanlar biz ora gedən kimi susdular,  bizimlə danışmağa çəkinirdilər. Əldə etdiyimiz məlumata görə daha öncə telekanallara  müsahibə vermiş bir neçə insan rəhbər qurumlar tərəfindən tənbehlənib. Buna görə də  heç kim kamera qarşısına keçmək istəmədi. Özünü kənd bələdiyyəsinin başçısı kimi təqdim  edən şəxsin çəkiliş qrupumuza qarşı kobudluğu da deyilənləri təsdiq edirdi.

Maraqlıdır ki, bələdiyyə sədri olduğunu iddia edilən şəxs, ümumiyyətlə kənddə belə bir hadisə olmadığını dedi. Ayrı-ayrı kənd sakinləri belə hadisənin baş verdiyini söyləsələr də, kamera qarşısında danışmaqdan imtina etdilər.
 



Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...