Fon yüklənir...
Загрузка...

Gəncliyinə etibar edən Azərbaycan dövləti

Загрузка...
Gəncliyinə etibar edən Azərbaycan dövləti

Avqust ayının 12-si bütün dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Düzdür, Azərbaycanda 2 fevral tarixi də Gənclər Günüdür, amma bayramın çoxundan ziyan gəlməz, xüsusilə söhbət gənclərdən gedirsə...

Çünki hər bir ölkənin inkişafında onun gənclərinin rolu danılmazdır. Ona görə də, hər bir ölkədə gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə siyasət aparılır. Azərbaycan da həmçinin. Ümumi vəziyyət necədir? Gənclərimizin cəmiyyətin inkişafında rolu nədən ibarətdir? Bu rolun artırılması istiqamətində hansı işlər görülür, həllini gözləyən hansı problemlər var?

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov "Kaspi”yə açıqlamasında bildirdi ki, bu gün aparılan gənclər siyasətin uğurlu nəticəsi əldə olunmaqdadır: "Hər bir cəmiyyətin inkişafını gənclərsiz təsəvvür etmək mümkün deyil. Ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin cəmiyyətdə rolunun artırılması və bütövlükdə müstəqil dövlətimizin gənclərinin formalaşması istiqamətində vaxtilə həyata keçirdiyi siyasətin məğzində də məhz bu dururdu. Artıq aradan illər keçib və indi o işlərin uğurlu nəticələri əldə olunub. Hər bir ölkənin gələcəyi ilk növbədə onun gənc nəslinin hazırlığından, hansı səviyyədə olmasından asılıdır. Gənclərin ilk forumunun keçirilməsi ilə onların problemlərinin müəyyənləşdirilməsi, fikir və təşəbbüslərinin dəstəklənməsi, bu sahədə proqramların qəbul edilməsi, gənclərin inkişafı ilə bağlı milli strategiya və s. bütün bunlar i etibar edəcəyimiz gənclər yetişdirməyə hesablanmışdı. Bu gün biz qürurla deyə bilərik ki, istədiyimiz o gənclik formalaşıb. Artıq bütün sahələrdə gənclik dövlətin inkişafına töhfəsini verir”.
 
 

Elm sahəsinə gəlincə, İ.Orucov bildirdi ki, gənclərimz artıq dünyada gedən elmi proseslərin içindədir. Dünyanın müxtəlif auditoriyalarında, elmi mərkəzlərində, eyni zamanda Azərbaycan elminin ənənələrini davam etdirmək istiqamətində çalışırlar: "Amma elmi gəncliklə bağlı müəyyən məqamlar var ki, bizi hər zaman düşündürür. Dünya inkişaf edir, zaman keçdikcə çağırırlar dəyişir və cəmiyyətin elmi təbəqəsi buna hazır olmalıdır. Bu gün dünya elmində Azərbaycanın payı qənaətbəxş səviyyədə olmasa da, gənclərimiz çətinliklərə baxmayaraq əzmlə çalışırlar. Bu, gələcəyə ümidlə baxmağa imkan verir. Uzun illərdir ki, elmlə gəncliyi özündə cəmləşdirən təşkilata rəhbərlik edirəm. 2000-ci ildə olan problemlər bu gün demək olar ki, yoxdur. 10 il əvvəlki problemlərin böyük qismi həll olunub. 5-10 ildən sonra çağırışlar dəyişəcək, yeni problemlər ortaya çıxacaq. Çünki dünyada sürətli bir dəyişim prosesi gedir. Bu baxımdan, Azərbaycanın elmi gəncliyinin üzərinə daha çox məsuliyyət düşəcək”. 
 
 

Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə bildirdi ki, son dövrlərdə gənclər siyasəti sahəsində qəbul olunan uzunmüddətli dövlət proqram və strategiyaları gənclərin cəmiyyətin inkişafında fəal iştirakını ciddi surətdə canlandırı: "İstənilən cəmiyyətdə maliyyə-iqtisadi potensial artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur. Dövlətimizin insan kapitalının və gənclik ordusunun formalaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər planı yüksək intellektli, savadlı nəslin formalaşmasına zəmin yaradır. Bu gün cəmiyyətin istənilən sahəsində həm qanunverici, həm icraedici orqanlarda gənclərin təmsil olunması onu göstərir ki, Azərbaycan dövləti gəncliyinə etibar edir və onun bilik və potensialını cəmiyyətimizin inkişafı istiqamətinə yönləndirir”.

F.Həsənzadənin sözlərinə görə, bu gün gənclərimiz təşəbbüslərin icraçısından əlavə, özü təşəbbüskara çevrilib: "Son iki ayda ölkəmizdə fəaliyyətə başlayan agentliklər və publik hüquqi şəxslərin rəhbər heyətində gənc nəslin təmsil olunması buna ən aydın cavabdır”.

Təşkilat rəhbəri deyir ki, gənclər təşkilatları fəaliyyət istiqamətlərində, məhz gənclərin ümumi maraqlarının gözlənilməsini, qəbul olunan proqramlardan ümumrespublika gənclərinin faydalanmasını təmin etməyi əsas prioritet istiqamət seçməlidir: "Hər bir gəncimizin bu tendensiyadan kənarda qalmaması başlıca vəzifəmiz olmalıdır. Rəsmi olaraq ölkəmizdə 300-dən çox gənclər təşkilatı və 3 milyon gənc var. Bu baxımdan, hər təşkilata 10 min gənc düşür. Bu sahədə gənclər təşkilatlarının əsas zəif tərəfi onların çoxşaxəli olmaması və mütləq əksəriyyətinin Bakıda fəaliyyət göstərməsidir. Bu stereotiplərin ləğv edilməsi üçün hər bir gənclər təşkilatı təşəbbüskarlığını əsirgəməməlidir”.
 
 

"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirdi ki, Azərbaycanda gənclər siyasəti ümumi dövlət siyasətinin prioritet istiqaməti kimi həyata keçirilir: "Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra gənclər siyasətinin əsası qoyulub və o siyasət bu gün ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilir. Gənclərimiz də dövlətimizin yaratdığı şəraitdən maksimum faydalanmağa və etimada layiq olmağa çalışır. Gəncliyimiz tarixin bütün mərhələlərində Azərbaycan dövlətinin, dövətçiliyinin yanında olub, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edib. Müstəqilliyimizin əldə olunmasında, ölkənin inkişaf etməsində, müasir Azərbaycanın daha da güclənməsində gənclərimizin mühüm rolu var. Gənclərimiz qısa müddətdə böyük uğurlar əldə ediblər. Amma qarşıda bizi gözləyən böyük hədəflərimiz var. Bunun üçün biz gənclər beynəlxalq əməkdaşlığa daha çox diqqət yetirməli, digər ölkələrin gəncləri ilə münasibətləri daha da dərinləşdirməli, bu vasitə ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında aktiv rol oynamalıyıq”.

A.Əhmədova

Gəncliyinə etibar edən Azərbaycan dövləti

Gəncliyinə etibar edən Azərbaycan dövləti

Gəncliyinə etibar edən Azərbaycan dövləti

Gəncliyinə etibar edən Azərbaycan dövləti
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...
Загрузка...