Fon yüklənir...
Загрузка...

Bədii gimnastika üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi start götürüb

Загрузка...
Bədii gimnastika üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi start götürüb

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyi start götürüb.
Trend-in məlumatına görə, turnir avqustun 12-dək davam edəcək.
Həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında qaliblər çoxnövçülük xalına görə müəyyənləşəcək.
Komanda hesabında mübarizədə isə 2008-2010 və 2006-2007-ci il təvəllüdlü gimnastlardan ibarət qrup hərəkətləri komandaları, o cümlədən 2008-2010, 2006-2007 və 2003-2005 yaş kateqoriyalarına aid fərdi gimnastların ən yaxşı nəticələri nəzərə alınacaq.
Yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edəcək.
Üç gün boyunca davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün maraqlı müsabiqələr və fləşmoblar da təşkil olunacaq.
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...
Загрузка...