Fon yüklənir...
Загрузка...

Paşinyanın NATO sammitinə qatılması rusları qıcıqlandırdı

Загрузка...
Paşinyanın NATO sammitinə qatılması rusları qıcıqlandırdı

Antirusiya bəyanatları və çıxışları fonunda hakimiyyətə gələn Nikol Paşinyan növbəti addımı ilə Kremlin qəzəbinə tuş gələ bilər. Daha doğrusu, artıq "gəlib”. İlkin olaraq Kremlin nəzarətində olan media vasitəsilə. Məsələ ondadır ki, Ermənistan baş naziri Nikol Paşinyan ötən gün NATO-nun Brüsseldə keçirilən sammitinə qatılıb. Bununla da Rusiya mediasının diqqət mərkəzinə düşüb. Məlumat üçün bildirək ki, bu, işğalçı ölkə baş nazirinin Avropa İttifaqı paytaxtına ilk rəsmi səfəri olub. Onun sammitdə iştirakla yanaşı, Avropa İttifaqının yüksək rütbəli rəsmiləri ilə təkbətək görüşləri keçirilib. Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, N.Paşinyan Brüsseldə Avropa İttifaqı strukturlarının rəhbərləri ilə görüşüb. Həmçinin, onun bir sıra ölkə və hökumət başçıları ilə ikitərəfli görüşləri baş tutub. Ermənistan hökumət başçısı Əfqanıstanda "Qətiyyətli dəstək” missiyasında iştirak edən NATO üzvü və üzv olmayan ölkə rəhbərləri, NATO-nun baş katibi Jens Stoltenberglə görüşüb və çıxış da edib. Ermənistan KİV-nin məlumatına görə, Brüssel səfəri əsnasında N.Paşinyanın Karnegi Fondunda "geniş ekspert dairələri üçün” çıxışı da planlaşdırılıb. Ermənistan baş naziri həmçinin Belçika erməni icmasının nümayəndələri ilə görüşmək niyyətindədir. Beləliklə, Paşinyan uzun illər Ermənistan hakimiyyətinin cürət edə bilmədiyi addımları atır. Forpost ölkə imicindən yaxa qurtarmağa cəhd edən Paşinyan bu istiqamətdə erməni bicliyinə xas formada addımlar atır. Əvvəlcə antirusiya əhval-ruhiyyəli şəxslərdən ibarət komanda formalaşdırdı. İndi də sürətlə qərb qurumlarına inteqrasiya siyasəti yeridir.
Təbii ki, Rusiyada bu səfərlə bağlı münasibət birmənalı deyil və mediada buna münasibət tamam fərqli olub. Həmin yazıları analiz edərkən münasibətin heç də yaxşı olmadığı qənaətinə gəlmək mümkündür. Məsələn, "Vestnik Kafkaza” saytı mövzu ilə bağlı "Paşinyanın anti-Rusiya səfəri” başlıqlı məqalə ilə çıxış edib. Məqalədə forpost ölkənin baş nazirinin keçirdiyi görüşlər analiz edib. Onların birbaşa Rusiyaya qarşı yönəldiyi qənaətinə gəlib. Öz növbəsində "kavkaz-uzel.eu” saytını "Paşinyanın Brüselə səfəri bizə nəyi vəd edir?” başlıqlı məqaləsində qeyd edilir ki, bu səfər Rusiyaya xoş gəlməyəcək. "Qəzetlərdən biri yazır ki, rəsmi Moskva tək səfərlə bağlı deyil, eyni zamanda NATO baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturayın Alyansın Ermənistanla münasibətləri daha da dərinləşdirmək, eləcə də Paşinyan hökumətinə islahatları genişləndirməkdə yardımçı olmağa kömək etməyə hazır olması barədə bəyanatından qəzəblidir”, - deyə məqalədə vurğulanır. Daha sonra bildirilir ki, Ermənistan XİN neçə gündür iddia edir ki, Yerevan bu sammitə qonaq qismində dəvət edilib. Yəni anti-Rusiya müzakirələrində iştirak etmək niyyətində deyil. Paşinyan yalnız Əfqanıstanla bağlı müzakirələrdə iştirak etmək niyyətində olub. Sonda isə belə bir fikir səslənib ki, bir neçə gündən sonra Rusiyanın reaksiyasının necə olacağını görəcəyik.
Öz növbəsində Rusiyaya qarşı sərt mövqeyi ilə seçilən "1in.am” erməni saytına müsahibəsində Qafqaz məsələləri üzrə ekspert Stanislav Tarasov bildirib ki, "Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatının (KTMT) tamhüquqlu üzvü olan bir dövlət olasan, amma bununla yanaşı, NATO sammitinə qatılasan – bu, nonsensdir. Sözsüz ki, bu hal anlaşılan deyil. Eyni zamanda bir xüsusiyyəti də nəzərə almaq gərəkdir. NATO sammitində Azərbaycan və Ermənistan xarici işlər nazirləri iştirak edirlər. Bu format çərçivəsində onlar Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər. Lakin yenə də bu formatda nonsens var”, -deyə Tarasov bildirib. Rusiyalı ekspert onu da xatırladır ki, Ermənistan hazırda bir sıra meydançalarda oynayır - həm KTMT və həm də NATO. Ermənistan bir tərəfdən Avrasiya İqtisadi İttifaqının üzvüdür, digər tərəfdən Avropa İttifaqı ilə münasibətləri genişləndirir”, - deyə ekspert vurğulayıb. Politoloq onu da qeyd edir ki, şəxsən o, Ermənistanın hərəkətlərini satqınlıq hesab etmir: "Mən buna fəaliyyət strategiyası hesab edirəm. Lakin bilirəm ki, məsələyə şərhlər fərqli olacaq. Radikallar bunu satqınlıq adlandıracaq. Mən bu qənaətdəyəm ki, bu, Ermənistanın çoxvektorlu siyasətinin bir əlamətidir”. Rusiyalı ekspertin qənaətincə, rəsmi Moskva Ermənistanın NATO sammitində iştirakını sərt formada reaksiya verməyəcək: "Mən hələ ki, belə şərhlərə rast gəlməmişəm. Lakin hələ ki. Ancaq bilirəm ki, Naxçıvanla sərhəddə vəziyyət gərgindir. KTMT-də vəziyyətdən narahat olduğunu bəyan edib. Siz bilirsiniz ki, Ermənistanın çoxqütblü siyasəti işləməyə bilər. Bir vaxtlar ukraynalılar da bu yolu seçdilər və nəticədə Maydan qazandılar. Nikol Paşinyan demokratik lider imicini itirmək istəmir, bu yol isə Qərblə əməkdaşlıqdan keçir”.
Öz növbəsində Qlobal və Regional Əməkdaşlıq Mərkəzinin rəhbəri Stepan Qriqoryan hesab edir ki, Ermənistanın NATO sammitində iştirakı bu ölkənin KTMT-yə üzvlüklə bağlı üzərinə götürdüyü öhdəliklərlə ziddiyyət təşkil etmir. "Rusiyalı ekspertlər ən müxtəlif şərhlər verə bilərlər. Ermənistan hər hansı bir öhdəliyi pozmur – burada söhbət yalnız əməkdaşlıqdan gedir, üzvlükdən yox”.
 
Azər NURİYEV
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...