Fon yüklənir...
Загрузка...

Bakı metrosunda həyəcan: qatarlar boşaldıldı

Загрузка...
Bakı metrosunda həyəcan: qatarlar boşaldıldı

Bu gün səhər saat 08:30 radələrində "Dərnəgül" istiqamətində gedən qatar dayandırılıb və içərisindəki sərnişinlər boşaldılıb.

Bakı Metropoliteni QSC-nin metbuat xidmətinin rəhbəti Bəxtiyar Məmmədov Publika.az-a bildirib ki, "Dərnəgül" istiqamətində hərəkət edən qatarın idarəetməsində müəyyən problem yaranıb. Onun sözlərinə görə, "Azadlıq" stansiyasına qədər qatarlar avtomatik idarəetmə ilə tənzimlənir və bu stansiyaya qədər qatarların intervalında heç bir problem yoxdur:

"Yalnız "Dərnəgül" stansiyasında problem olur. Bu stansiyada dispeçerlər əl ilə idarəetməyə keçiriblər. Bu baxımdan ola bilər ki, yubanma olsun. Problemin aradan qaldırılması üçün işlər görülür. Yaranan problem aradan qaldırılana qədər ola bilər ki, sərnişinlər "Azadlıq" stansiyasında qatardan boşaldılsın. Yalnız sərnişinlərin təhlükəsizliyi baxımından heç bir problem yoxdur".
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...