Fon yüklənir...
Загрузка...

MDTF Ramazan bayramı münasibətilə şəhid ailələrinə ərzaq yardımı edib

Загрузка...
MDTF Ramazan bayramı münasibətilə şəhid ailələrinə ərzaq yardımı edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu Ramazan bayramı münasibətilə Masallı, Lənkəran, Şamaxı, Qobustan, Salyan, Şəki, Quba, Yevlax, Zaqatala və digər rayonlarda yaşayan ümumilikdə 66 şəhid ailəsinə ərzaq yardımı edib.

Bu məqsədlə keçirilmiş görüşlərdə bu kateqoriyadan olan insanların dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğu vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həll edilməsi və onlara hər cür qayğının göstərilməsidir. 

Şəhid ailələrinin üzvləri daim dövlətin diqqət mərkəzində olduqlarını və göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər. 

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...