Fon yüklənir...
Загрузка...

Paşinyan Köçəryanı həbs etdirməkdə israrlıdır

Загрузка...
Paşinyan Köçəryanı həbs etdirməkdə israrlıdır

Baş nazir seçilərkən verdiyi ilk bəyanatında əvvəlki hakimiyyətdən qisas almayacağını bəyan edən Nikol Paşinyan vədinə xilaf çıxır. Xüsusi İstintaq Xidmətinə Sasun Xaçatryanı rəhbər təyin edən baş nazir onu kollektivə təqdim edərkən qarşısında mart hadisələrinin təhqiqatının aparılmasını prioritet kimi qoyub. Baş nazir bildirib ki, 2008-ci ilin martında baş verən qətliamın əsas günahkarları üzə çıxarmalıdır.
"Burada hər hansı bir məhdudiyyətdən söhbət gedə bilməz”, - deyə Paşinyan bəyan edib. O bildirib ki, Xüsusi İstintaq Xidmətində vaxtilə siyasi səbəblərə görə bağlı qalan bütün cinayət işləri açılmalıdır. "Yeni sədrin rəhbərliyi ilə bütün işlərə yenidən baxılacağına ümid edirəm”, - deyə baş nazir bildirib. Xidmətin əvvəlki rəhbərliyini tənqid edən Paşinyan onu da qeyd edir ki, Xüsusi İstintaq Xidmətinə öz üzərinə düşən vəzifələri yerinə yetirməsi üçün hər cür dəstəyi verəcək. "Qanunvericiliyə görə, qurum hüquq pozuntuları, qanunverici, məhkəmə və icraedici orqanların buraxdıqları səhvləri araşdırır. Onun növbəti əhəmiyyət kəsb edən funksiyası seçkilərlə bağlıdır. Xalq mənə etimad göstərib baş nazir postuna layiq görüb. Bundan çıxış edib nəyi fikirləşdiyimi söyləmək istəyirəm. Mən deyirəm ki, hamı qanun qarşısında bərabərdir. Heç kimə əlavə üstünlük verilmir. Biz deyirik ki, Ermənistanda korrupsiyaya son qoyulmalıdır – biz buna nail olacağıq. Bu sıradan Xüsusi İstintaq Xidməti qarşısında mühüm məsələlər durur”. Paşinyan daha sonra populist fikir səsləndirib. Bildirib ki, xidmətin müstəntiqinin otağında hansısa yüksək rütbəli məmurun şəkli olmamalıdır: "Onun otağında Ermənistanın gerbi və bayrağı olmalıdır və bu simvollar xidmətin funksiyalarını həyata keçirməlidir”.
Paşinyanın mart hadisələrini araşdırmaq istəyi əvvəlcə Köçəryanı, sonra isə Sarkisyanı zərərsizləşdirmək niyyətindən xəbər verir. Artıq bu istiqamətdə addımlar da atılır. Məsələn, hüquq mühafizə orqanları Daxili Qoşunların keçmiş rəhbəri general-mayor Qriqor Qriqoryanı dindirib. Bu barədə məlumatı "Jamanak” qəzeti yayıb. Qəzetin iddiasına görə, Qriqoryan dindirilmə zamanı 2008-ci il mart hadisələri zamanı etirazçılara atəş əmrini eks-prezident Robert Köçəryanın verdiyini etiraf edib. Qriqoryan Köçəryan prezident olduğuna görə, onun əmrinə tabe olmaq məcburiyyətində qaldığını deyib. General şəxsi təhlükəsizliyi üçün Köçəryanın danışığını gizli şəkildə qeydə aldığını da söyləyib. O, səs yazısını istintaqa sübut kimi verə biləcəyini vurğulayıb.
Qeyd edək ki, 2008-ci il martın 1-də prezident seçkisindən sonra saxtakarlığa etiraz edən etirazçılara açılan atəş nəticəsində 9 nəfər ölmüş, 200 nəfər yaralanmışdı. Köçəryanın bu addımının araşdırılmasına Serj Sarkisyanın hakimiyyəti dönəmində izn verilməyib. Paşinyan hakimiyyətə gəldikdən sonra fəallar 1 mart hadisələrinin araşdırılmasını tələb etməyə başlayıb.
Qeyd edək ki, Ermənistan Xüsusi İstintaq Xidməti 1 mart hadisələri ilə bağlı təhqiqatın aktiv mərhələsinə başlayıb. Xidmət təhqiqat zamanı çoxlu sayda vəzifəli şəxsin dindiriləcəyini deyib. "Aykakan Jamanak” qəzeti özünün etibarlı mənbələrinə istinadən böyük maraq yaradacaq məlumat paylaşıb. Qəzet xidmətin 1 mart təhqiqatıyla bağlı Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın da dindiriləcəyini yazıb. "Armtimes”ə informasiyalı mənbələrdən daxil olan məlumata görə, yaxın günlərdə Robert Köçəryan mart hadisələrinə görə dindiriləcək.
Məsələ həm də ondadır ki, Köçəryan və Sarkisyan Rusiyaya bağlı fiqurlardır. Onların cinayət məsuliyyətinə cəlb edilməsi isə ilk növbədə Moskvaya xoş gəlməyəcək. Köçəryanın dindirilməsi 1 mart hadisələrinin üstünün açılmasında əhəmiyyətli rol oynaya bilər. Bu, törədilən cinayətin daxili və xarici təbəqələrinə də işıq salmış olacaq.
 
Azər
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...