Fon yüklənir...
Загрузка...

DÇ-2018-in oyunları hansı kanalda yayımlanacaq?

Загрузка...
DÇ-2018-in oyunları hansı kanalda yayımlanacaq?

Futbol üzrə 2018-ci il Dünya Çempionatının Azərbaycanda əsas yayımcısı İctimai Televiziya olacaq. Əldə olunan razılığa görə, iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 stadionundan yayımlanacaq matçlar ən geniş həcmdə məhz İTV-də retranslayasiya olunacaq. 

Sfera.az Oxu.Az-dan aldığı məlumata görə, hər nümayiş olunacaq matçdan öncə isə tamaşaçılara #BOLFUTBOL verilişi göstəriləcək. 

Kənan Hakimov, Sevinc Eminzadə və Elnur Əliyevin aparacağı bu verilişdə tamaşaçılar çempionatın bütün təfərrüatlarını öyrənəcək, yarışın statistikası ilə tanış olacaq, yerli və xarici ekspertlərin rəyini görəcək, o cümlədən, Azərbaycanda, çempionatın keçirildiyi Rusiyada, həmçinin Avropanın iri paytaxt şəhərlərində azarkeşlərin həyəcanını paylaşacaqlar. 

Çempionatın bütün matçları 37 kamera ilə Ultra HD keyfiyyətində çəkiləcək və həcmli səs effektləri ilə göstəriləcək. İzləyicilər yayım sənayəsinin ən son yenilikləri sayəsində çempionatı fərqli forma və üslubda izləyə biləcəklər. 

Azərbaycan tamaşaçıları çempionatın təntənəli açılış mərasiminə iyunun 14-ü saat 18:30-da, ilk matça, Rusiya və Səudiyyə Ərəbistanı komandalarının qarşılaşmasına isə saat 19.00-da baxa bilərlər.   

Oyunları tamaşaçılara ölkənin ən məşhur şərhçiləri - İTV və CBC Sport kanallarının əməkdaşları təqdim edəcək.
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...
Загрузка...