Fon yüklənir...
Загрузка...

Hobbi üçün qızıl alanlar - REPORTAJ/FOTO

Загрузка...
Hobbi üçün qızıl alanlar - REPORTAJ/FOTO

Ramazan və may ayının geridə qalması ilə qızıl bazarında yenidən canlanma yaranıb. Alan da var, satan da. Alıcı qismində bazara daxil olan şəxslər arasında satıcıya çerilənlər də az deyil. Lakin ikinci əl qızılı satmaq hər zamankı kimi yenə də sərfəli hesab olunmur.
 
Bu gün qızıl bazarında son vəziyyəti öyrənmək üçün şəhərin əsas qızıl alış-veriş mərkəzlərindən birinə yollandıq.


Elə satıcı Gülşən xanım da bazardakı müşahidələrimizdən gəldiyimiz nəticəni təsdiqlədi və ötən ayla müqayisədə bazarda canlanma yarandığını dedi:

"Bunun da səbəbi Ramazan ayının bitməsi ilə əlaqədardır. Artıq bir çox ailələr vağzalı sədasını eşitməyə hazırlaşır. Əsas pul tələb edən də elə qızıldır. Eləsi var ki, hələ oğlunu nişanlamayıb amma gəlini üçün qır-qızılını alıb. Daimi müştərilərimiz də var. Onlar qızıl həvəskarıdır və pullarının böyük hissəsini məhz qızıla yatırmağı sevirlər. Bir növ qızıl alıb atmaq onlar üçün hobbidir. Alıcılıq qabiliyyəti bizi qane edir”.

Hazırda qızıl bazarında qiymətlər necədir? 
 

Sfera.az-ın əməkdaşı sizin üçün qızıl bazarındakı qiymətləri təqdim edir:

Rus qızılın bir qramının satışı 50-55 manat arasında, alışı isə 39-45 manat arasındadır.
İtalya qızılının qramının qiyməti 65-80 manat arasındadır. Alış qiyməti isə 45-50 manat təşkil edir. 
Türkiyə qızılının satışı 55-58, alışı isə 39-41 manat təşkil edir. 
Daha çox diqqət çəkən italyan qızılı ilə birgə brilyant dəstin qiyməti 2 min 400 manatdır. Bu dəstdə qram 85 manatdır. Onu ikinci əl satdıqda isə brilyantı hesablanmır, 1 qramının alışı isə 50-55 manat arasında hesablanır.

Satıcılar bu gün toy bazarlığı üçün daha çox İtalya və Türkiyə qızılına üstünlük verildiyini deyir. Rus qızılı isə öncəki illərdə olduğu kimi diqqət çəkmir.
 
Nigar Məhərrəm
Sfera.az
 

Hobbi üçün qızıl alanlar - REPORTAJ/FOTO

Hobbi üçün qızıl alanlar - REPORTAJ/FOTO

Hobbi üçün qızıl alanlar - REPORTAJ/FOTO
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...