Fon yüklənir...
Загрузка...

Bayrama az qaldı: Bazarda qiymətlər necədir? - REPORTAJ

Загрузка...
Bayrama az qaldı: Bazarda qiymətlər necədir? - REPORTAJ

Artıq Ramazan Bayramına sayılı günlər qalıb. Bayram qabağı hər kəs bazara axışaraq bayram bazarlığı edir. Kimisi əliboş, kimisi isə əlidolu bazarı tərk edir…

Sfera.az-ın əməkdaşı da bayram bazarlığının qiymətlərini öyrənmək üçün payaxtın ən ucuz alış-veriş məkanı hesab edilən "Vasmoy”a yollanıb. Bayram öncəsi olduğu üçün bazarda xüsusi bir canlılıq nəzərə çarpırdı. Lakin alıcılar yenə də nədənsə narazı idi. Kimisi yer haqqının çox olmasından, kimisi mallarının növbəti günə qalıb xarab olmasından, kimisi də öncəki illərdəki kimi alıcıların kilolarla deyil, daha az miqdarda alış-veriş etməsindən şikayətlənirdi.
 


 
Alıcı yolu gözləyən tut satan dayı da gileyini bizimlə bölüşdü:
 
"Səhər tezdən Maştağadan dərib yığmışam. Hələ ki, piştaxtadadır. Alıcılıq qabiliyyəti zəifdir”.
 


Artıq bir neçə həftədir ki, çıxan fəsli meyvələrin qiymətində müəyyən enmələr müşahidə edilirdi. Ətin də qiymətində artım nəzərə çarpmırdı.

Hazırda bazarda qiymətlər belədir:

Ordubad qayısısı 2 – 3 manat
Gilas – 1.50 - 2 manat
Xaçmaz gilası – 1.50 manat
Ağ gilas  - 2 manat
Albalı – 5 manat
Pomidor – 0.50-1 manat
Xiyar – 50 – 70 qəpik
Göyərtilər – 10 qəpik
Qarğıdalı – 40 – 70 qəpik
Çiyələk (Xamaz Viktoriyası) – 1.50 
Banan – 1.60 manat
Kartof – 3 kilosu 1 manat
Soğan - 3 kilosu 1 manat
Gavalı – 1.30 manat
Bolqar bibəri 5 ədədi – 1 manat
Moruq - 6 manat
Qarpız – 70 qəpik 
Yemiş – 1.30 manat
Qoyun əti – 7 manat
Dana əti – 7.50 manat

Nigar Məhərrəm
Sfera.az


Bayrama az qaldı: Bazarda qiymətlər necədir? - REPORTAJ

Bayrama az qaldı: Bazarda qiymətlər necədir? - REPORTAJ

Bayrama az qaldı: Bazarda qiymətlər necədir? - REPORTAJ
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...