Fon yüklənir...
Загрузка...

Kürdəmirdə minik avtomobili aşdı: 5 nəfər xəsarət aldı

Загрузка...
Kürdəmirdə minik avtomobili aşdı: 5 nəfər xəsarət aldı

Kürdəmirdə 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 7 radələrində Bakı-Qazax yolunun 177 km-də,  Kürdəmir rayonun  Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Qaradağ rayon sakini, 1983-ci  təvəllüdlü Əliyev Faiq Tofiq oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili Qazax istiqamətində hərəkət edərkən idarəetmədən çıxıb və yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü F. Əliyev, sərnişinlər - 61 yaşlı Qaradağ rayon sakini  Əliyev Tofiq Mənsim oğlu, 65 yaşlı Daşkəsən rayon sakini İbrahimov Raci Vəli oğlu, 59 yaşlı Daşkəsən rayon sakini İbrahimova Sara Gülalı qızı və 57 yaşlı Bakı şəhər sakini Namazov İsrafil Məhəmməd oğlu müxtəlif  xəsarətləri alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının  travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...
Загрузка...