Fon yüklənir...
Загрузка...

"Azərbaycanla yüksək səviyyəli münasibətləri dəstəkləmək Aİ üçün çox vacibdir"

Загрузка...

Azərbaycanla yüksək səviyyəli münasibətləri dəstəkləmək Avropa İttifaqı (Aİ) üçün çox vacibdir.

Trend-in məlumatına görə, bunu Avropa Parlamentinin Aİ və Azərbaycan arasında hərtərəfli saziş üzrə məruzəçisi Norika Nikolai deyib.

N.Nikolai bildirib ki, Azərbaycanla Aİ arasında münasibətlərin səviyyəsinin yüksəldilməsi hər iki tərəf üçün yaxşı haldır:

"Azərbaycanda Avropa şirkətlərinin fəaliyyət göstərdiyini nəzərə alsaq Aİ üçün bu, daha yaxşıdır. Hesab edirəm ki, biz hazırda "Şərq tərəfdaşlığı” proqramını dəstəkləməliyik”.

Məruzəçinin sözlərinə görə, "Şərq tərəfdaşlığı”nda Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova kimi ölkələr olmasa, Aİ mehriban qonşuluq siyasətində uğursuzluğa düçar ola bilər:

"Əgər biz öz şərq tərəfdaşlarımızla yaxın olmasaq, dünyadan təcrid oluna bilərik”.
 
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...
Загрузка...