Fon yüklənir...
Загрузка...

"Google maps"də işğal olunmuş ərazilərimizin adları erməni dilində -FOTO

Загрузка...

""Google maps"də Dağlıq Qarabağın və Azərbaycanın işğal olunmuş digər ərazilərinin adları erməni dilində göstərilməsi bu axtarış sisteminin təxribata yol verdiyi ilk hal deyil. Bu cür təxribat daha əvvəl də baş vermişdi".

Bunu Trend-ə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Мirzəyev məsələyə dair narahatlığını ifadə edərkən deyib.
BAMF prezidentinin sözlərinə görə, beynəlxalq axtarış sisteminin Azərbaycan və onun ərazilərinə qarşı bu kimi təxribatları ciddi narahatlıq doğurur, xəritədə Azərbaycana qarşı bu cür təxribat xarakterli dəyişikliklərin edilməsi beynəlxalq konvensiyalara ziddir.

U.Mirzəyev bildirib ki, erməni lobbisi uzun müddətdir ki, tarixi yenidən yazmağa çalışır. Xaricdə böyük təsirə malik olmaqla, onlar Dağlıq Qarabağ münaqişəsinin həllinin qarşısını almaq üçün hər vasitəyə əl atırlar:
"Xəritəni dəyişərək və faktları təhrif edərək, Ermənistan tərəfi vəziyyətin daha da gərginləşməsinə səbəb olur, Azərbaycan bütün qüvvəsi ilə münaqişənin sülh yolu ilə həll edilməsi üçün səy göstərir. Erməni lobbisi isə təsir vasitələrindən, indiki halda isə "Google" axtarış sistemindən istifadə edərək problemin sülh yolu ilə həllinə maneə törətməyə çalışır".

U.Mirzəyev bəyan edərək bildirib ki, Google rəhbərliyi müvafiq tədbirlər görməlidir. Bu, resursun faktları təhrif edərək bilərəkdən və ya təsadüfən ciddi pozuntulara yol verdiyi ilk hal deyil.
 
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...
Загрузка...