Fon yüklənir...
Загрузка...

"Türkiyədə Zeynəb Xanlarova və Güneldən başqa müğənnimizi tanımırlar"

Загрузка...

Şou-biznesdə "Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova qalmaqala səbəb olacaq açıqlama verib. 


 "APA TV”-nin "Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, hazırki dövrdə Türkiyədə azərbaycanlı müğənnilərdən yalnız xalq artisti Zeynəb Xanlarova, sənətçi Azəri Günel Zeynalovanı tanıyırlar:

"İstəməzdim ki, məni Türkiyədə tanısınlar. Orada pul qazanmaq olmur. Çünki elə bir şey olsaydı, onlar Azərbaycana axın etməzdilər. Elə nə varsa, bizdə var. Çox təəssüflər olsun ki, o pullar bizim burnumuzun ucundan gəlib keçir, aparırlar. Bəzi insanlar var ki, öz müğənnilərimizə qarşı xəsislik edirlər. Türkiyədən gələn müğənniyə külli miqdarda pul verirlər. 

Türkiyədə bizim müğənnilərdən yalnız Zeynəb Xanlarova və Azəri Günel tanınır. Bu iki insandan başqa da heç bir müğənnimizi Türkiyədə tanımırlar. Sözümün də arxasındayam. Bu mənim öz fikrimdir, gördüyümü deyirəm.
 
Türkiyəyə gedib bir ətək pul töküb klip çəkdirirlər. Elə o pulu özün üçün Azərbaycanda ye də. Azəri Günel Türkiyədə borca-xərcə girib öz cibindən nəsə etməyib. Yəni bəhsə-bəhs klip çəkdirməyib ki, onu orada tanısınlar. O yalnız öz səsi, və sənəti ilə orada sevilib. Hamı onu Türkiyədə tanıyır”.
 
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...