Fon yüklənir...
Загрузка...

Ermənistanı yenə etiraz aksiyaları bürüdü

Загрузка...
Ermənistanı yenə etiraz aksiyaları bürüdü

Ermənistanda "məxməri inqilab” başa çatsa da, aksiyalar səngimək bilmir. Əgər əvvəlki aksiyalarda əsas hədəf Serj Sarkisyan rejimi idisə, indi artıq ünvanlar dəyişib. Demək olar ki, hər gün müxtəlif nazirliklər, qurumlar qarşısında aksiyalar keçirilir. Dünən isə növbəti aksiya Yerevan meriyası qarşısında baş tutub. Onlarla etirazçı Yerevan meriyasının binasına daxil olub. Bu barədə informasiyanı "Sputnik Ermənistan” yayıb. Binaya daxil olan etirazçılar mer Taron Markaryanın istefasını tələb ediblər. Meriyaya daxil olan etirazçılara fəal Vaçe Qəribyan rəhbərlik edib. Meriya binasına basqın etmiş etirazçılar meri korrupsiyada, dövlət vəsaitlərinin düzgün istifadə etməməkdə də suçlayıblar. Merin keçmiş prezident Serj Sarkisyanın müttəfiqi olduğu iddia edilir. Meriyaya etirazlara səbəb sosial şəbəkələrdəki paylaşım olub. Vaxtilə ağacla dolu parkın fotosu indiki bərbad durumuyla müqayisə edilib. Nümayişçilər Markaryanla görüşməyi, onun ağacların kəsilmə səbəbini izah etməsini tələb ediblər. Merin təmsilçisi onlara parkın "modernləşdirildiyini”, ancaq qurumuş ağacların kəsildiyini söyləyib. Ancaq bəzi etirazçılar parkda kəsilən yaşıl yarpaqlı budaqları gətirib, Markaryandan izahat tələb ediblər. Onlar binanın içində bir neçə saat qalıb, girişə yaxın ərazidə şüarlar səsləndiriblər. Birinci müavin Kamo Areyan etirazçılara deyib ki, mer onlarla "sakit atmosfer”də görüşmək, parkdakı durumu müzakirə etmək istəyir. O, A.Markaryanın istefa planlaşdırmadığını, onun istefasının "gündəmdə olmadığını” bildirib.
Paşinyanın lideri olduğu, "Çıxış” fraksiyasının üzvü, Ağsaqqallar Şurasının üzvü Anait Baxşyan hesab edir ki, Şəhər Şurasına yenidən seçkilər keçirilməlidir. Onun qənaətincə, Markaryanın istefası düzgün addım olardı.
Maraqlıdır ki, meriya ilə bərabər Yerevanda bir sıra əsas küçələr də etirazçılar tərəfindən bağlanıb. Küçələri bağlayan etirazçılar "Sasna Çrer” qrupunun həbsdəki üzvlərinin azadlığa buraxılmasını istəyiblər. Aksiyalara qrupun həbsdəki üzvlərinin qohumları da qoşulub. Onlar həbsdə olan qrup üzvlərinin azadlığa çıxmayacağı təqdirdə etirazların coğrafiyasını genişləndirəcəklərini açıqlayıblar.
Qeyd edək ki, dünən Yerevanda "Sasna Çrer” işi üzrə məhkəmə iclası keçirilib.
Bundan əlavə, Yerevandakı "Nairit” zavodunun keçmiş və indiki işçiləri baş nazirin iqamətgahı önündə etirazlara başlayıblar. Etirazçılar zavodun yenidən işə salınmasını və ötən 4 aydan qalan maaşlarının ödənilməsini tələb edirlər. "Biz istəyirik ki, hökumət ağır vəziyyətdən xəbərdar olsun”, - deyə zavodun keçmiş direktoru Karen İsraelyan bildirib. Aksiya iştirakçıları bildiriblər ki, yanvarın 1-də əmək müqavilələrinin vaxtı bitsə də, işdən qovulmaq barədə əmr yoxdur. Onlar bu müddət ərzində işləyib, "Nairit”in təhlükəsizliyini təmin ediblər. Amma 4 ayda bir dəfə də maaş almayıblar. Baş nazirin nümayəndələri 3 nəfər aksiya iştirakçısını hökumət iqamətgahına dəvət edib. Onları kimin qəbul edəcəyi ilə bağlı məlumat verilmir.
Baş nazir Nikol Paşinyan hələ ki, baş verənlərə reaksiya verməyib. Hazırda baş nazir əsas prioritet kimi növbədənkənar parlament seçkilərini görür. Onun sözlərinə görə, hazırda bir çox siyasi oyunçular seçkilərə hazırdırlar. N.Paşinyan ümidvardır ki, parlament çoxluğu onun proqramını qəbul edəcək. Yeni hökumətin tərkibinə gəldikdə isə baş nazir balansı qoruyub saxlayacağını bildirib. Lakin rusiyalı politoloq Sergey Markedonov hökumətin yeni tərkibi ilə bağlı bildirib ki, onlar hamısı baş nazirin yaxın ətrafı və heç bir təcrübəyə malik olmayan şəxslərdir. "Onların arasında aksiyalar zamanı onu dəstəkləyən, siyasi tələblərini müdafiə edənlər çoxluq təşkil edir. Bunun ən bariz nümunəsi Ararat Mirzoyandır. Bu şəxs baş nazirin müavini təyin edilib. Bundan əlavə, Paşinyanın kabinetində əvvəlki hökumətdə uğurlu karyera quran "mütəxəssislər” də daxil olub. Lakin bu hökumətin tərkibini inqilibai hökumət adlandırmaq anlamına gəlmir. Ən əsas prezident Armen Sarkisyanı da yaddan çıxarmaq lazım deyil. Prezident komandası ilə hələ qüvvə hesab edilir”, - deyə rusiyalı ekspert vurğulayıb. Maraqlı olan hökumətdə təmsil olunan bəzi məmurların öz postunu tərk etmək istəməməsi ilə bağlıdır. Məsələn, baş prokuror Artur Davtyan öz postunu tərk etmək fikrində olmadığını bildirib. Baş prokuror bildirib ki, Paşinyanın inqilabdan sonra da Ermənistanda siyasi məhbusların olması barədə fikri ilə razı deyil. Görünən odur ki, baş prokurorla Paşinyan arasında qarşıdurma səngiməyəcək. Belə ki, N.Paşinyan siyasi məhbusların azad edilməsi təşəbbüsü ilə çıxış edib. Bu barədə o, özünün "facebook” səhifəsində yazıb. Yeni baş nazir hesab edir ki, siyasi fəaliyyətə görə məhkum edilən şəxslər azadlığa buraxılmalıdır. Paşinyan bununla yanaşı, siyasi məhbusları fəaliyyətləri insan itkisinə səbəb olmayanlar və olanlardan ibarət iki qismə bölüb. Onun fikrincə, ittiham edilənlərin birinci kateqoriyasına (fəaliyyətləri insan itkisinə səbəb olmayanlar) qanunla nəzərdə tutulmuş amnistiya prosedurunu tətbiq etmək olar. İkinci kateqoriya, onun qeyd etdiyi kimi, 2016-cı ilin iyulunda öz aksiyalarının gedişatında Yerevanda üç polisi ölümünə səbəb olan "Sasna Çrer” qruplaşmasının üzvlərinin azad olması üçün hüquq-mühafizə orqanlarının həlak olmuş əməkdaşlarının qohumlarının iştirakıyla ictimai müzakirələr keçirilməlidir. 
 
Azər NURİYEV
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...
Загрузка...