Fon yüklənir...
Загрузка...

Qubada itkin düşən alpinistlərdən birinin meyiti tapılıb

Загрузка...
Qubada itkin düşən alpinistlərdən birinin meyiti tapılıb

Ötən il dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilmiş və ilkin olaraq 1 kişi meyiti aşkar edilib. 

FHN-dən "Report"a verilən məlumata görə, hazırda axtarış-təmizləmə işləri davam etdirilir.
 
Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, 2017-ci il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə itkin düşmüş "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu itkin düşüblər. 
 
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...