Fon yüklənir...
Загрузка...

Cem Yılmaz cazibədar aparıcı ilə eşq yaşayır - FOTO

Загрузка...
Cem Yılmaz cazibədar aparıcı ilə eşq yaşayır - FOTO

Məşhur komediya ustası və aktyor Cem Yılmazla, aparıcı Dəfnə Samyelinin eşq yaşadıqları ilə bağlı dedi-qodular nəhayət öz təsdiqini tapıb. 

Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, bir müddət öncə "Instagram"da bir-birlərini izləməyə başlayan iki məşhur eşq yaşadıqlarını gizlətməyə çalışır. 

Ancaq ötən gün Dəfnənin Cem Yılmazın Leventdə yerləşən evinə qonaq gəlməsi iddiaların doğru olduğunu sübut edib. 

Məlumata görə, Dəfnə Samyeli Cem Yılmazın evinə axşam saatlarında gəlib. Daha sonra Cemin yaxın dostu, aktyor Ozan Güvən də onlara qatılıb. Ancaq gecə Ozan Güvən evdən ayrılsa da, Dəfnə Samyeli orada qalıb. 

Cem Yılmaz bu eşqlə bağlı xəbərlərin çıxmasını istəmədiyi üçün maraqlı addım atıb. O, sevgilisinin avtomobilini öz həyətinə park edib, öz avtomobilini isə küçədə saxlayıb. 

Beləliklə də, Dəfnə Samyelinin orada olduğunu gizləməyə çalışıb.
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...