Fon yüklənir...
Загрузка...

Çin lideri Azərbaycan prezidentini təbrik edib

Загрузка...
Çin lideri Azərbaycan prezidentini təbrik edib

Çin Xalq Respublikasının sədri Si Cinpin İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
 
APA-nın məlumatına görə, təbrikdə deyilir:
 
"Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizi eşidəndə çox sevindim. Sizə ən səmimi təbriklərimi çatdırmağı özümə şərəf bilirəm. Çin ilə Azərbaycan əməkdaşlıq sahəsində ənənəvi dost tərəfdaşlardır. Diplomatik münasibətlər qurulduqdan sonra hər iki tərəfin siyasi etimadı daim möhkəmlənir, bütün sahələrdə praqmatik əməkdaşlıq dərinləşir, iki ölkənin münasibətləri davamlı inkişaf edir. Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Bütün sahələrdə əməkdaşlığı Sizin ilə birlikdə xalqlarımızın rifahı naminə yeni səviyyəyə yüksəltmək istəyirəm.

 
Bu yaxınlarda Azərbaycan tərəfi Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi dövlət kimi üzv olmaq üçün ərizə verib. Çin tərəfi Azərbaycan tərəfinin ərizəsinə böyük əhəmiyyət verir və ŞƏT-in iştirakçısı olan digər ölkələrlə birlikdə onu vahid razılıq əsasında nəzərdən keçirəcək. Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyət, ali dövləti vəzifənizdə daim böyük uğurlar qazanmağı arzu edirəm. Dövlətinizə tərəqqi, xalqınıza firavanlıq diləyirəm”.


Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...