Fon yüklənir...
Загрузка...

Ərinə xəyanət etdiyi deyilən model açdı ağzını, yumdu gözünü - FOTOLAR

Загрузка...
Ərinə xəyanət etdiyi deyilən model açdı ağzını, yumdu gözünü - FOTOLAR

Xəbər verdiyimiz kimi müğənni Sərdar Ortaçın həyat yoldaşı, model Kloe Louqhanın ona xəyanət etdiyi deyilir. Bu barədə iddidalar Türkiyənin şou-biznes gündəmindən düşmək bilmir. 
 
Sfera.az "Hürriyet"ə istinadən bildirir ki, Sərdar Ortacın ardından bu dəfə də haqqında danışılan Kloe Louqhan məsələyə münasibət bildirib. O, sosial şəbəkədəki şəxsi profilində bunları yazıb:

"Görəsən, hansı daha pisdir - dedi-qodu edən, yoxsa ona inanan? Məncə ikisinin də o biri dünyada cəzası eyni olacaq".

Xatırladaq ki, Kloe Louqhanın iş üçün getdiyi Mayamidə ərəb şeyxlərindən birinin oğlu ilə görüşdüyü deyilir. Bu barədə açıqlama verən Sərdar Ortac həyat yoldaşına inandığını və bu cür dedi-qoduların onların boşanmasını istəyənlər tərəfindən uydurulduğunu deyib. 

Lalə Nəsirova 
Sfera.az

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...
Загрузка...