Fon yüklənir...

"Həmin sözlər Astan Şahverdiyevin səmimiliyindən irəli gəlirdi" - Misir Mərdanov


"Mərhum Astan Şahverdiyevin sosial şəbəkələrdə qalmaqala səbəb olmuş fikirləri onun səmimiliyindən irəli gəlib. Etiraz edən insanlar onu başa düşmürdü. Yəni, onun dediyi həmin sözlər Astan Şahverdiyevin səmimiliyindən irəli gəlirdi". 

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq Təhsil naziri Misir Mərdanov bildirib. 

Misir Mərdanov mərhum deputatın səmimi adam olduğunu deyib:

"Bəzi adamlar var ki, onlar düşündüklərini danışmırlar, sözlərini o yan, bu yana çevirirlər. Ancaq rəhmətlik Astan Şahverdiyev düşündüyünü danışırdı. Allah ona rəhmət etsin, çox səmimi adam idi".

Sabiq nazir bir vaxtlar Astan Şahverdiyevlə qonşu olduğunu da qeyd edib:

"Astan Şahverdiyevin vəfat etməsilə bağlı internetdən xəbəri oxuyanda çox məyus oldum. Astan müəllimi şəxsən tanıyırdım. Vaxtilə mən 9-cu mikrayonda yaşayanda onunla qonşu olmuşuq. Son illərdə isə onunla tez-tez görüşürdük. Astan Şahverdiyev çox səmimi və bacarıqlı alim idi. Allah ona rəhmət etsin! Mən fürsətdən istifadə edib Astan müəllim ailə üzvlərinə başsağlığı verirəm. Onun ölümü bizim üçün böyük itki oldu. Biz böyük bir alimimizi itirdik".    

Orxan Bəşirov 

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam