Fon yüklənir...
Загрузка...

Azər Vüsalə barədə: "Övladımın anasıdır, yazılara diqqət edin" - FOTO

Загрузка...
Azər Vüsalə barədə:

Aparıcı Azər İsmayılovun son günlər ayrıldığı həyat yoldaşı Vüsalə Əlizadə ilə tez-tez görüntülər paylaşması diqqət çəkib.

Sfera.az bildirir ki, Azər yenidən Vüsalə ilə şəklini İnstaqram səhifəsində yayımlayıb. O, illər əvvəl çəkilən fotolarına bu sözləri yazıb:

"Əvvəlcədən xəbərdarlıq edim: bu şəkli paylaşıram, boş-boş fikirlər yazmayın ki, kim kiminsə üçün darıxır, ay nə bilim sevir, peşmandır. Sadəcə, hörmət edin fikirlərinizə. İnternetdə min ədəd bu cür şəkillər var. Arxivdən tapdım və paylaşdım. Hə, bir də övladımın anasıdır, yazılara diqqət edin, fotoya hörmətlə yanaşın. "Like"lara görə təşəkkür edirəm".

Qeyd edək ki, Azər və Vüsalə cütlüyü 2013-cü ildə ayrılıb. Onlar qalmaqallı şəkildə boşanmışdılar. Cütlüyün Dilək adlı bir qız övladı var. Azər 2016-cı ildə ikinci dəfə ailə qurub.

Son günlər isə aparıcının yenidən Vüsalə ilə tez- tez şəkil paylaşması diqqət çəkib. O, bundan əvvəl "Youtube" kanalında "Azərlə Vüsalə Diləyin ad günündə" başlığı ilə video paylaşmışdı. Videoda V.Əlizadə yer almamışdı.

A.İsmayılovun növbəti paylaşımı izləyicilərinin müzakirəsinə səbəb olub. Bir çoxları onu qınayıb. Bir çoxları isə Azərin ikinci həyat yoldaşından da ayrıldığını və Vüsalə ilə barışmağa çalışdığını yazıb.(axsam.az)
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...