Fon yüklənir...
Загрузка...

Ermənilərin ən məşhur lotusunu həbxana rəisi sındırır

Загрузка...
Ermənilərin ən məşhur lotusunu həbxana rəisi  sındırır

Rusiyadakı lotulardan heç kim Suxobezvodnoe adlanan həbsxanaya düşmək istəmir.
 

Sfera.az xəbər verir ki, burdakı qaydalar başqa həbsxanalardan tamam fərqlidir. Yəni oğru qanunları burada işləmir.
 

Həbsxana rəisi  Aleksandr Kolqanov  ən qatı cinayətkarları belə  ram etməyə qadir olan prinsipial zabit sayılır.
Bugünlərdə həbsxana məşhur erməni qanuni oğru Sergey Asatryan etap olunub. Kriminal aləmdə "Seyoja Bentli”  ləqəbi ilə tanınan qanuni oğru 9 il həbs cəzası alıb.
 

Həbsxanaya gəlməsi ilə qanı qaralıb.
Əksər  həbsxanalarda qanuni oğruların yaşayışı adi məhbusun həyatından büsbütün fərqlənir.  Lotunun əynində bahalı geyim olur, onun yaşadığı otaq da ayrıca olur .
 

Və içində internet, televizor, xalça və sair şeylər lotunun komfort həyatını təmin edir. Soyuducunun boş qalmaması da məhbusların üzərindədir.
"Vor zakon”ların  əllərində ən bahalı smartfonları  kimsə almağa cürət etmir.
 

Suxobezvodnoedə isə əksinə. Asatryanın əynindəki  qırmızı idman formasını çıxarıb adi məhbus geyimi veriblər və ümumi barakda  çarpayı ayırıblar.  Kolqanov deyib ki, hamı kimi o da işləməyə çıxacaq, yoxsa  cərimə  karsı və başqa cəzalar mütləqdi.
 

Asatryanın həbsxanada  iğtişaş qaldırmaq istəyi də alınmayıb. Məhbuslar bilir ki, onlarla danışıqlara gedən olmayacaq. Kolqanov xüsusi təyinatlıları çağırsa hamını dubinkalayacaqlar.
 

Erməni lotu məcbur olaraq azadlıqdakı əlaqələrin işə salıb, prokurorluğa və diğər instansiyalara şikayət yazıb.
Hazırda həbsxanada təftiş gedir.
Kolqanovu inzabati yolla yumşaltmağa nail olacaqmı-bunu zaman göstərəcək.
 
İlqar Atabəyli
 
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...