Fon yüklənir...
Загрузка...

27 qadını zorlamış “tavasifət” ləqəbli sabiq polis azadlığa çıxdı

Загрузка...
27 qadını zorlamış “tavasifət” ləqəbli sabiq polis azadlığa çıxdı

Rusiyada 27 qadını zorlayan sabiq yol polisinin həbsxanadan tez buraxılması etirazla qarşılanıb.

Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Artur Kosiçın 14 il həbs cəzası alsa da cəmi 7 il həbsxanada qalıb. Dünən Rusuyada polis və dövlət orqanlarında işləmiş şəxslər üçün nəzərdə tutulmuş Nijni Novqoroddakı İslah Əmək Müəssisəsindən buraxılan keçmiş polis Moskvaya qayıdıb.
 
O, bu cəzanı 2011-ci ildə almışdı. 2005-2009-cu illər ərzində manyak polis paytaxt Moskvada xoşuna gəldiyi qızları zorlamaqla məşğul olub.
Onun qurbanları 25-30 yaş arası, arıq qızlar olurmuş. Ümumilikdə cinayət işində 39 epizod olub.

Məhkəmə zamanı "tavasifət” ləqəbi verilən manyakın polis sisteminə necə düşməsi də sual doğurub. Məlum olub ki, o hələ 16 yaşında parkda gəzən qadına hücum edərək zorlamaq istəyib. Ancaq alınmayıb. Həmin vaxt ona şərti cəza verib, ruhi əsəb dispanserinə yerləşdiriblər.
 
Kosiçın dəlixanaya bir neçə dəfə düşüb, buna görə hətta orduya da çağırılmayıb. Şərti cəzası və ruhi xəstəxanada olmasına baxmayaraq 10 il hüquq-mühafizə orqanında çalışıb. Əməllərini davam etdirib. Zöhrəvi xətə olduğundan bu xəstəlkləri zorladığı qadınlara da keçirib.
Nəhayət 2009-cu ilin dekabrında qızlardan biri onun əlindən qurtulur və "tavasifət”in mindiyi "Toyota Land Cruiser” markalı avtomobilin nömrəsini yadda saxlayır.

Həbs  olunan kimi manyak cinayətlərini etiraf edir. Zorladıqları qadınlardan başqa manyakın aldatdığı xeyli qadın olub. Onlardan bir neçəsinin Kosiçından uşağı var. Manyakın həbsdən tez çıxması cəəmiyyətdə etiraz doğurub. Onun qurbanları məhkəməyə müraciət edəcəklərini bildiriblər.
 
İlqar
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...