Fon yüklənir...
Загрузка...

ABŞ nəşri: Azərbaycan – mühüm müttəfiq

Загрузка...
ABŞ nəşri: Azərbaycan – mühüm müttəfiq

The Washington Times, ABŞ
13.03.2018 

Müəlllif: Ceyms Layons

ABŞ-ın Cənubi Qafqazdakı uzunmüddətli strateji maraqlarını təmin etməsi üçün postsovet ölkələri arasında Azərbaycandan vacib ölkə yoxdur. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan dünyəvi və tolerant ölkədir. Orada təxminən 10 milyon əhali yaşayır. Azərbaycan şimaldan Rusiya, cənubdan İranla həmsərhəddir. Rusiya ilə İran arasında əlaqələrin genişləndiyi dövrdə, Azərbaycanın suverenliyi və müstəqilliyi ABŞ-ın maraqları üçün böyük əhəmiyyətə malikdir.
Xatırladaq ki, Nyu-Yorkda 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktlarından sonra Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev rəsmi Vaşinqtona müraciət ünvanlamış, ona tam dəstəyini ifadə etmişdi. Bunu heç vaxt unutmamalıyıq. Bununla yanaşı, Azərbaycan NATO-nun rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlarda iştirak etmiş ilk ölkələrdən biridir. Bu ölkə NATO-ya uçuşların həyata keçirilməsi üçün strateji məkanlarından istifadə icazəsi verib, logistika sahəsində yardım göstərib.
Rəsmi Bakı dünyanın böyük güclərilə münasibətdə balanslaşdırılmış xarici siyasət yürüdür. O, nə NATO, nə də Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmağa can atır. Beləliklə, Rusiya prezidenti Vladimir Putinin postsovet məkanını Moskvanın nəzarətinə keçirməyə çalışdığı bir şəraitdə müstəqil Azərbaycan Kremlin bu hədəfə nail olmasına maneədir.
Bakının Türkiyə və Gürcüstanla əməkdaşlığı, Qərb ölkələrinin onu dəstəkləməsi sayəsində elə Qərbin də iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji layihələr həyata keçirilib. Bu layihələr Avropa ölkələrini Moskvanın enerji şantajınının əhəmiyyətli dərəcədə xilas edir.
Bu arada regionda Çinin də nüfuzunun artdığını unutmaq olmaz. Bakı-Pekin əlaqələri Çinin Cənubi Qafqaz regionu ilə bağlı maraqlarının artdığını göstərir. Pekinin təşəbbüsü ilə həyata keçirilən "Bir kəmər, bir yol” layihəsi Çin üçün geosiyasi hökmranlığa aparan "yol xəritəsi”dir. Bu, yumşaq güc nümayişidir. Halbuki, onun əsasında sərt güc, hərbi elementlər də dayanır.
Son dövrlərdə Cənubi Qafqaz regionu Çinin İpək Yolu layihəsinin həyata keçirilməsində, onun maraqlarının təminində mühum rol oynamağa başlayıb. Qeyd edək ki, bu layihə Avropa ilə Şərqi Asiyanı birləşdirəcək. Onun çərçivəsində Avrasiyada yeni quru və dəmir yolları tikiləcək.
Bu yaxınlarda Azərbaycanda açılış mərasimi keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işə düşməsindən sonra, Çinin regionla real əlaqələri yaranacaq.
Beləliklə, Qafqaz regionu və Azərbaycan şübhəsiz geostrateji əhəmiyyətə malikdir. Burada neft və qaz kimi resusrların nəqli, nəqliyyat yollarının bu regionda kəsişməsi də öz rolunu oynayır. Belə bir şəraitdə Vaşinqtonla Bakı arasında əlaqələr genişlənir. Amma onların əməkdaşlığını pozmağa cəhdlər də göstərilir. Belə addımlar əsasən Azərbaycanın qonşusu olan Ermənistan və ABŞ-da fəaliyyət göstərən nüfuzlu, güclü erməni lobbisi tərəfindən atılır.
Gəlin, faktlara nəzər salaq: Ermənistan de-fakto Rusiyanın nəzarəti altındadır. 30 il əvvəl, yəni 1998-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələri Vaşinqtonla Bakı arasında əlaqələrə mane olan, Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparılmasında əsas silahlardandır. Həmin hadisələr zamanı 26-29 erməni öldürülüb (erməni mənbələrində bu rəqəm daha yüksək göstərilir). Qeyd edək ki, həmin vaxt Sumqayıtda 14 min erməni yaşayırdı. Demək, bu, soyqırım və ya qətliam deyildi. Lakin indi, dezinformasiya kampaniyası ilə Sumqayıt hadisələrini 1915-ci ildə, yəni Birinci Dünya müharibəsi zamanı Osmanlı omperiyasında baş vermiş "erməni soyqırımı” ilə eyniləşdirmək istəyirlər. Halbuki, ümumiyyətlə, 1915-ci il hadisələrini Azərbaycanla əlaqələndirmək səhv yanaşmadır.
Bu dezinformasiyalardan fərqli olaraq, bilirik ki, Sumqayıtda ermənilərə hücum edən qrupa Eduard Qriqoryan adlı erməni başçılıq edib. Sonradan o, həmin hadisələrdəki roluna görə həbs belə, olunub.
1992-ci ilin həmin ayında daha bir dəhşətli faciə baş verib. Bu faciə miqyasına, həyata keçirilmə məqsədinə görə daha böyük idi. O, insanların yaddaşlarında bu gün də yaşayır. Bu əsl etnik zəminli qətliam idi. Söhbət Xocalı şəhərində törədilmiş qətliamdan gedir. Dağlıq Qarabağda yerləşən kiçik Xocalı şəhərində azərbaycanlılar yaşayırdı. Şəhər Azərbaycana məxsusdur. O, 1992-ci ildə ermənilər tərəfindən qeyri-qanuni olaraq işğal edilib.
1991-ci ilin dekabrında, yəni SSRİ dağılan zaman bütün bu regionda bir xaos hökm sürürdü. Bu zaman erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayıraraq Ermənistana birləşdirmək fürsətindən istifadə etmək qərarına gəlmişdilər. Nəticədə həmin dövrdə azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. 7 min nəfərin yaşadığı Xocalı da ermənilərin yolunda dayanmışdı.
1992-ci il fevralın 26-na keçən gecə erməni hərbi birləşmələri Xocalını artilleriya atəşinə tutub. Qaçmağa çalışan mülki əhali mühasirəyə düşüb və güllənib. Bu zaman qadın, uşaq və qocalar daxil olmaqla, 600-dən çox insan qətlə yetirilib, çox sayda insan yaralanıb.
Etnik qətliam olmayan Sumqayıt hadisələrindən fərqli olaraq, Xocalı qətliamı Ermənistan rəhbərliyi tərəfindən planlaşdırmış şəkildə həyata keçirilib. Bu faciə zamanı insanlar məhz etnik mənsubiyyəti üzündən öldürülüb. Bu, soyqırım aktı idi!
ABŞ-da, Avropada fəaliyyət göstərən erməni lobbisinin səyləri Xocalı qətliamı, Sumqayıt hadisələri haqda həqiqətlərin dünyaya yayılmasına mane olub. Bu gün isə erməni lobbisi ABŞ-Azərbaycan əlaqələrinə maneə yaradır. Odur ki, gələcəkdə Bakı ilə Vaşinqton arasında əlaqələrin pisləşməməsi üçün bu dezinformasiya kampaniyasının qarşısı alınmalıdır.
İngilis dilindən tərcümə - WorldMedia.Az
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...