Fon yüklənir...
Загрузка...

Lerikdə əri tərəfindən döyülən 51 yaşlı qadın öldü

Загрузка...
Lerikdə əri tərəfindən döyülən 51 yaşlı qadın öldü

Lənkəranda 51 yaşlı qadın xəstəxanada ölüb.
 
Sfera.az bildirir ki, rayonun Rvo kənd sakini, 1967-ci il təvəllüdlü Mahirə Vəli qızı Qafarova ötən gün gecə saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. M.Qafarova orada vəfat edib.

Qadının yaxınları onu xəstəxanaya gətirərkən əvvəlcə yıxıldığını desələr də, sonradan əri tərəfindən döyüldüyünü, halının pisləşdiyini bildiriblər.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə verilib.

M. Qafarova Lerik rayonunda ərdə olub. Hadisənin 5 gün əvvəl orada baş verdiyi bildirilir.(APA)
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...