Fon yüklənir...
Загрузка...

“Sarkisyanla görüşdə ona təzim etməmişəm” – Deputat bloqqerlərin tirajladığı FOTO HAQDA

Загрузка...
“Sarkisyanla görüşdə ona təzim etməmişəm” – Deputat bloqqerlərin tirajladığı FOTO HAQDA

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, "Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev 2007-ci ildə Ermənistana səfər zamanı Serj Sarkisyanla çəkilən fotosunun müxalifətçi bloqqerlər tərəfindən sosial şəbəkələrdə tirajlanması və qərəzli müzakirə olunmasına cavab verib. 

Rövşən Rzayev Sfera.az-a açıqlamasında həmin görüşdə işğalçı ölkənin başçısı Serj Sarkisyanla heç də mehribancasına danışmadığını söyləyib:

"Bizim Serj Sarkisyanla görüşümüz tamamilə fərqli situasiyada keçmişdi. Mənim haqqımda yalan danışan bloqqerlərin məsələnin əslindən məlumatları yoxdur. Əlimdə həmin görüşdən çəkilmiş foto və video materialları var. Serj Sarkisyanın qarşısında təzim etmiş kimi dayanmışam. Lazım bilinsə, mən həmin görüntüləri də ortaya qoyaram. O zaman hamı görər ki, Rövşən Rzayev Serj Sarkisyanla görüşdə özünü necə başıuca aparıb. Mən heç kəsin qarşısında, xüsusilə də ermənilərin qarşısında baş əyməmişəm. Ömrümün sonunadək də əyməyəcəm. Ümumiyyətlə, heç bir azərbaycanlı Serj Sarkisyanın qabağında təzim etməyib, ayaqüstə dayanmayıb, heç zaman da dayanmayacaq”.
 


Deputat deyib ki, xaricdə Azərbaycana qarşı təxribat və qarayaxma kampaniyası aparan bəzi bloqqerlər həmin fotonu sosial şəbəkədə paylaşmaqla xalqı çaşdırmağa çalışır:

"Onlar Azərbaycana qarşı təxribatdan savayı başqa iş bacarmırlar. Biz bir neçə il öncə Belçikada Qarabağla bağlı çox böyük tədbirə toplanmışdıq. Həmin səfər zamanı Orduxan Teymurxan bizə yaxınlaşıb təxribat etmək istəyirdi. Biz də ona bildirdik ki, nə sözün varsa, buyur danışaq. Amma Orduxan Teymurxan bizimlə söhbət etmədi, qaçıb getdi. Çünki ona lazım idi ki, bizim yanımızda yalandan şou yaradıb videosunu çəksin. Mən ona deyəndə ki, kameranı yığışdır, gəl nə məsələdən deyirsənsə, söhbət edək. Bu, ona sərf etmədi. Ona görə də yanımızdan tez çıxıb getdi. 

İndi Orduxan Teymurxan işğalçı Ermənistana qarşı mübarizə aparmaq əvəzinə, Azərbaycan əleyhinə şər-böhtan kampaniyası aparır, təxribatlarla məşğul olur. Azərbaycan xalqı bunların hamısını çox gözəl bilir və tanıyır. Azərbaycan dövlətini sevmək ayrı, Orduxan Teymurxan kimi adamların istəyi isə tamamilə başqadır. Bu cür yollarla dövləti sevmək olmaz. Əksinə, dövlətə ləkə vururlar. Yaxşı olar ki, onlar da Azərbaycanın ərazi bütövlüyü uğrunda, Ermənistanın işğalçılıq siyasətinə qarşı fəaliyyət göstərsinlər. Azərbaycana qarşı təxribatçı əməllərindən də əl çəksinlər”.
 
Xatırladaq ki, 2007-ci ilin iyulunda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ermənistanın Rusiyadakı səfiri Armen Smbatyan, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və "Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvləri İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər. Görüş Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində başladılan "xalq diplomatiyası” çərçivəsində baş tutub. 
“Sarkisyanla görüşdə ona təzim etməmişəm” – Deputat bloqqerlərin tirajladığı FOTO HAQDA
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...